Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan hərbçiləri İranda “Snayper həddi” müsabiqəsində iştirak edəcək
Azərbaycan hərbçiləri İranda “Snayper həddi” müsabiqəsində iştirak edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində İran İslam Respublikasının Yəzd şəhərində keçiriləcək “Snayper həddi” müsabiqəsində iştirak etmək məqsədilə bu ölkədə səfərdədirlər.

Bizimyol.info-nun Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, müsabiqədə iştirak edən komandaların nümayəndələri ərazi ilə tanış olub, hərbi qulluqçularla təlimat keçirilib.

Şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb, yarışların xüsusiyyətləri və keçirilmə şərtləri izah edilib.

Qeyd edək ki, "Snayper həddi" müsabiqəsində Azərbaycan, Belarus, Çin, İran, Özbəkistan, Rusiya və Zimbabveni təmsil edən komandalar iştirak edəcəklər.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »