Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tarixin ən çox insan həyatına son qoyan müharibələrinin siyahısı
Tarixin ən çox insan həyatına son qoyan müharibələrinin siyahısı

Ukrayna ilə Rusiya arasındakı müharibə indi çoxumuzu narahat edir. Bu iki ölkə arasındakı müharibə nə birinci, nə də sonuncu olacaq. Müharibələr tarixdə həmişə olub, amma təəssüf ki, davam edəcək kimi görünür.

Bizimyol.info tarixin ən qanlı müharibələri barədə məlumatları təqdim edir.

Tarixin ən qanlı müharibələrindən biri İkinci Dünya Müharibəsi olub. Rəsmi məlumatlara görə, 6 il davam edən bu müharibədə 60 milyondan çox insan həlak olub.

Tarixin ən qorxulu döyüşçü xalqlarından biri monqollar idi. Monqol hökmdarı Çingiz xanın “məhv etmək” təfəkkürü onu qəzəbləndirdi.  Bu anlayış milyonlarla insanın qətlinə səbəb oldu. Milyonlarla insan qılıncdan keçirildi və yandırıldı. Çingiz xanın və ondan sonra dövləti paylaşan oğullarının və hökmdarların istilaları 160 ildən artıq davam edib, təxminən 30 milyon insanın həyatına son qoyub.

Çin sülalə müharibəsi

Ümumiyyətlə, Mançu sülaləsi kimi tanıdığımız Qing sülaləsi Çində hökmranlıq edən Ming sülaləsi qüvvələrinin üzləşməli olduğu kəndli üsyanları zamanı 25 milyon insan öldürülüb.

Çində əkinçilərin vergilərlə sıxışdırılması fermerlərin üsyanına səbəb olur. Əkinçilərin bu üsyanı elə sərt şəkildə yatırılır ki,  nəticədə 20 milyon insan ölür.

Birinci Dünya Müharibəsi

Dörd il davam edən müaribə zamnaı 17 milyondan çox insan öldürülüb.

An-Lu Şan üsyanı

An-lu Şan üsyanı Orta Asiya türklərini əhatə edən vətəndaş müharibələrindən biridir. Müharibə zamanı 13 milyon insan öldürülüb.

Dunqan üsyanı

Çində ərəb-çin hibrid müsəlman icması olan dunqanlar 19-cu əsrin İpək Yolunu qana bulayan vətəndaş müharibəsinin aktyorları olub. Bu dini üsyan nəticəsində 9 milyona yaxın insan həlak olub.

Napoleon müharibələri

Napoleon müharibələri dünyanın ən qanlı müharibələrindən biri kimi tarix səhifələrinə yazılıb.

Təxminən 15 il davam etdiyi bildirilən müharibə 1815-ci ildə sona çatıb. Müharibə zamanı 3,5-6,5 milyon aralığında insan öldürülüb.

Rusiyada vətəndaş müharibəsi və ağ terror

Çar Rusiyasının tarix səhnəsindən silinməli olduğunu düşünən bolşeviklərlə monarxiya tərəfdarı olan Ağ Ordu arasında gedən vətəndaş müharibəsi zamanı təxminən 6 milyon insan öldürülüb.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »