Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlk insanlar Amerikaya hansı yolla gəliblər...
İlk insanlar Amerikaya hansı yolla gəliblər...

Yeni araşdırmaya görə, Amerika qitəsinə köç edən ilk insanlar təxminən 900 metr hündürlüyündə nəhəng buz divarı ilə qarşılaşıblar.

Tapıntılar göstərir ki, Amerika qitəsində ilk insanlar Sakit okean sahilləri boyunca qayıqlarla səyahət ediblər. Çünki bu nəhəng divarın Asiyanı Amerikaya birləşdirən qurudan girişə mane olduğu düşünülür. Bəs niyə? Bu hələ də sirr olaraq qalır.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, insanların Şimali Amerikaya gəlişi ilə bağlı iki əsas nəzəriyyə var idi.

Birinci versiya onların bir vaxtlar Asiyanı Şimali Amerika ilə birləşdirən Beringiya adlı marşrutla gəldiklərini, ikincisi isə kiçik su gəmilərində Asiyadan Sakit Okean sahilləri boyunca səyahət etdiklərini irəli sürür. Arxeoloqlar 13.400 il əvvələ aid daş alətlərə əsaslanaraq, Asiyadan Amerikaya ilk köç edənlərin Klovis kimi tanınan qədim mədəniyyətə mənsub insanların olduğunu düşünürdülər.

“Buzsuz dəhliz” adlanan yerlə bağlı araşdırmalar göstərir ki, Klovislilər bu yoldan istifadə etmiş ola bilərlər.

Lakin sonradan aşkar edilən ayaq izləri və daş artefaktlar ilk insanların Nyu-Meksikoya təxminən 23.000 il, Mərkəzi Meksikaya isə 26.500 il əvvəl gəldiyini göstərib.

Nyu Meksiko və Mərkəzi Meksikaya gedən insanların bu qurudan istifadə etmək ehtimalı yox idi.

PNAS elmi jurnalında dərc edilən araşdırma buzsuz dəhlizin nə vaxt açıldığını müəyyən etməyə çalışıb. Quru kütləsinin mövcud olduğu ehtimal edilən bölgədə 1200 kilometrə qədər uzanan 6 məntəqədən götürülmüş 64 geoloji nümunə araşdırılıb.

Oreqon Dövlət Universitetindən Jorie Clarkın rəhbərlik etdiyi tədqiqat qrupu dəhlizin təxminən 13.800 il əvvəl açıldığını ortaya qoyub.

Komanda həmçinin bölgədəki buz təbəqələrinin 900 metr yüksəkliyə çata biləcəyini də müəyyən edib. Tapıntılar yalnız immiqrantların birinci dalğasına aiddir. Bu araşdırma, insanların qitəyə ilk gəldiyi zaman dəhlizin miqrasiya yolu kimi istifadə edilə bilməyəcəyini açıq şəkildə göstərir.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »