Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Valideynləri körpə uşağı diri-diri basdırıb...
Valideynləri körpə uşağı diri-diri basdırıb...

Hindistanın Qucarat əyalətində yeni doğulmuş körpə valideynləri tərəfindən diri-diri basdırılıb. Amma uşağın həyatını xilas etmək mümkün olub.

Bizimyol.info xəbər verir ki,  bu barədə “Times Now News” yazıb.  Tarlada basdırılan qızı bir fermer tapıb. Polis onun valideynlərinin izinə düşərək həbs etməyə müvəffəq olub. Körpənin atası və anası ştatın müxtəlif rayonlarında tapılıb. Onlar adam öldürməyə cəhd və uşağı təhlükə altına salmaqda ittiham olunublar.

Hindistan Polisi hesab edir ki, cütlük yeni doğulan körpədən xilas olmaq qərarına gəldiyi üçün bu addımı atıb. Çünki onlar qız deyil, oğul istəyirdilər. Valideynlərin özlərinin dediyinə görə, onlar qızı müalicə etməyə pul tapa bilməyəcəklərini düşünərək atıblar. O, vaxtından əvvəl az çəkisi və səhhətində problemlərlə doğulub və atası bu yaxınlarda fermada işini itirib.

Daha əvvəl bildirilib ki, Hindistanın Bihar ştatının sakinləri anası və nənəsi tərəfindən diri-diri basdırılan üç yaşlı qızı xilas ediblər. Uşağın fəryadını çayın kənarındakı qəbiristanlığın yanında ot yığan qadınlar eşidib. Tezliklə kəndin sakinləri qəbiristanlığın yanına toplaşıblar.

Onlar kiminsə diri-diri basdırıldığını anlayıb, torpağı qazıb ağzı gillə dolu üç yaşlı qızı tapıblar.

Zərərçəkmiş xəstəxanaya çatdırılıb, həkimlər ona tibbi yardım göstəriblər. Qız kəndinin adını bilməsə də, adının Lali, valideynlərinin isə Raju Şarma və Reha Şarma olduğunu deyib.

“Anam və nənəm məni qəbiristanlığa apardılar. Ağladığım üçün ağzıma gil doldurub basdırdılar”,- deyə  uşaq həkimlərə və polisə bildirib.

Xatırladaq ki, qız uşaqlaırna qarşı belə davranışlar Hinsditanda tez-tez baş verir.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »