Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
10 il əvvəl tapdığı almazın tarixçəsini açıqladı
10 il əvvəl tapdığı almazın tarixçəsini açıqladı

Avstraliyanın Kvinslend ştatının sakini suya dalaraq qayalardan birində almaz aşkar edib.

Bizimyol.info xəbər verir ki, bu barədə DailyMail məlumat yayıb. Kişinin dediyinə görə, hadisə on il əvvəl baş verib. Almazı aşkar edən avstraliyalı səyahət etdiyi laynerin göyərtəsində olan insanlardan onun kimə aid ola biləcəyini soruşub.

“Mən onlara bir daş tapdığımı söylədim və əlavə etdim ki, əgər bu kruizdə kimsə tərəfindən itirilibsə, o şəxs mənim kabinəmə girə bilər və tapıntının formasını və ölçüsünü təsvir edə bilsə, ona verəcəm",– deyə Avstraliya sakini bildirib. Heç kim ləl-cəvahirata sahib çıxmayıb, ona görə də kişi onu özü üçün götürüb.

Lakin satmaqdan imtina edib və indi onu evdə qapalı seyfdə saxlayır. Avstraliyalının dediyinə görə, dırnaq ölçüsündə olan 2,5 karatlıq almaz 100 min dollar dəyərində qiymətləndirilib.

Xatırladaq ki,  iyulun sonunda məlum olub ki, 300 ilin ən böyük çəhrayı almazı Anqolada tapılıb. Rosa Lulo almazı Anqolanın almazla zəngin şimal-şərqində tapılan 27-ci daş-qaşdır, çəkisi 100 karatdan çoxdur və bu ərazidə tapılan ən böyük 5-ci daşdır.

İndiyə qədər tapılan ən böyük almaz 404 karat ağırlığında  olub. Daş sonradan “4 Fevral Daşı” adlandırılıb.

Bir müddət əvvəl isə,  Hindistanın Madhya-Pradeş ştatında kənd sakini odun üçün meşəyə gedib və orada dəyəri 25 min dollar qiymətləndirilən brilyant tapıb.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »