Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Estoniya və Finlandiya hərbi güclərini birləşdirir
Estoniya və Finlandiya hərbi güclərini birləşdirir

Estoniyanın müdafiə naziri Hanno Pevkur ölkəsinin müdafiə planının bir hissəsi olaraq Sahil Mühafizəsi raket sistemlərini inteqrasiya etmək üçün Finlandiya ilə qüvvələri birləşdirəcəyini deyib.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Pevkur Finlandiyanın “İltalehti” qəzetinə müsahibəsində danışıb.

"Biz sahilyanı müdafiə raket sistemlərimizi inteqrasiya etməliyik. Estoniya və Finlandiya raketlərinin mənzili Finlandiya körfəzinin genişliyindən çoxdur. Bu isə o deməkdir ki, biz raketdən müdafiə sistemimizi birləşdirəcəyik və bütün məlumatları bir-birimizlə paylaşacağıq",- deyə o bildirib.

Estoniya Müdafiə Nazirliyinin rəhbəri bu qərarın Finlandiya körfəzinin Rusiya hərbi gəmiləri üçün bağlanmasına imkan verəcəyini vurğulayıb.

"Finlandiya və İsveç NATO-ya daxil olanda Baltik dənizi NATO-nun daxili dənizinə çevriləcək. Vəziyyət dəyişəcək",- deyə o qeyd edib.

“İltalehti” xatırladır ki, finlər və estonlar hələ 1930-cu illərdə birgə sahil müdafiəsini planlaşdırmışdılar. Lakin o zaman hər iki ölkənin müttəfiqləri yox idi.

NATO-da ABŞ və Böyük Britaniya kimi dövlətlər Estoniya və Finlandiyanın müdafiəsində iştirak edirlər.

Xatırladaq ki,  Estoniyanın müdafiə naziri Hanno Pevkur çərşənbə günü finlandiyalı həmkarı Antti Kaikkonen ilə Helsinkidə keçirdiyi görüşdə hər iki ölkənin müdafiə planlarının birləşdirilməsini təklif edib.

Ukraynadakı müharibə Estoniyanın hərbi planlarına dəyişiklik edilməsini zəruri edib.

Ölkənin müdafiə nazirliyi bildirib ki, müdafiə planları Rusiyanın hərbi taktika və hərəkətlərinə uyğun olaraq yenidən nəzərdən keçiriləcək.

Yenilənmiş müdafiə planlarının bir hissəsi olaraq, Estoniya artıq Latviya ilə birlikdə hava hücumundan müdafiə sistemləri almağa razılıq verib.

Madriddə keçirilən NATO sammitində müvafiq protokol Estoniyanın müdafiə naziri Kalle Laanet və Latviyanın müdafiə naziri Artis Pabriks tərəfindən imzalanıb.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »