Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə ABŞ-dan "F-16" məsələsini tezləşdirməyi tələb edir
Türkiyə ABŞ-dan "F-16" məsələsini tezləşdirməyi tələb edir

Ankara Vaşinqtondan F-16 qırıcılarının alınması məsələsini tez bir zamanda həll etməyi tələb edib.

Bizimyol.info xəbər verir ki, Türkiyə tərəfi prosesin ləngiməsini əngəlləmək və Vaşinqtondan satışı tezləşdirməsini xahiş edir.

Bu səbəbdən o, Pentaqonla danışıqlar aparır və məsələnin ABŞ Konqresinə təqdim olunmasını tələb edir. Konqres müəyyən müddət ərzində məsələni təsdiqləməlidir.

Qeyd edək ki, Ankara ABŞ-dan 40 F-16 qırıcısı almaq və arsenalını daha 80 ədəd yeniləmək niyyətindədir.

İyul ayında ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Robert Menendez F-16 qırıcıları almaq üçün Türkiyədən Rusiya ilə əlaqələri kəsməyi tələb etmişdi.

Onun sözlərinə görə, ABŞ Türkiyədən F-16 qırıcıları almaq üçün Rusiya ilə əlaqələri kəsməyi tələb edib, çünki Vaşinqton öz hərbi texnikasını yalnız ABŞ-ın dəyərlərini paylaşan ölkələrə satacaq.

Senator Ankaraya təyyarə satışına etirazını geri götürməsini əngəlləyən halları sadalayıb. Onların arasında Rusiyanın S-400 hava hücumundan müdafiə sisteminin alınması, Yunanıstan adaları üzərində uçuşlar, Türkiyə hakimiyyəti ilə Moskva arasında sıx əlaqələr, jurnalist və vəkillərin həbsi də daxil olmaqla insan haqlarının pozulması var. Menendez qeyd edib ki, o, hələlik Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu məsələlərin heç birini öz üzərinə götürməyə hazır olduğunu görmür.

Qeyd edək  ki, siyasətçi ABŞ-ın silah sistemlərinin satışına veto qoymaq hüququna malik olduğu üçün “F-16-nın açarlarına sahib olan” şəxs hesab olunur.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »