Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Trampın evinə polis basqınında hansı sənədlər ələ keçirilib...
Trampın evinə polis basqınında hansı sənədlər ələ keçirilib...

ABŞ-ın keçmiş prezidenti Donald Trampın Florida ştatının Palm-Biç şəhərindəki Mar-a-Laqo malikanəsində axtarış zamanı Federal Təhqiqatlar Bürosunun (FTB) agentləri 10-dan çox sənəd dəstini ələ keçiriblər.

Onların bir sırasına “tam məxfi” damğası vurulub. Qanuna əsasən, bu sənədlər yalnız xüsusi dövlət qurumları üçün nəzərdə tutulub.

Bizimyol.info xəbər verir ki,  bu barədə “The Wall Street Journal” məlumat yayıb. Ümumilikdə FTB Trampın evində 11 dəst sənəd tapıb. Onlardan dördü “tam məxfi”, üç dəst “gizli”, daha üçü isə “məxfi” olaraq qeyd edilib.

Nəşr qeyd edir ki, sənədlərin məzmunu açıqlanmır. Lakin qeyd edilir ki, sənədlərdə “Fransa prezidenti” ilə bağlı məlumatlar yer alıb.

Ümumilikdə FTB rəsmiləri Trampın Mar-a-Laqo malikanəsindən Trampın keçmiş müşaviri Rocer Stounun 20-yə yaxın qutu dolusu əşyaları, fotoşəkilləri olan qovluqlar, əlyazma qeydi və əfv sənədini ələ keçirib.

Amerikanın eks-prezidenti evindən tapılan məxfi sənədlərlə bağlı vəziyyətdən danışıb və kağızların belə formada  götürülməməli olduğunu vurğulayıb.

Trampın fikrincə, FTB axtarış əvəzinə ondan dəstləri təhvil verməsini "yalnızca xahiş etməli" idi.

“Hər şey məxfilikdən çıxarıldı. Heç nəyi “götürmək” lazım deyildi. Siyasət oynamadan və ya Mar-a-Lago-ya girmədən istənilən vaxt o səndlərə sahib ola bilərdilər”,- deyə o əlavə edib.

Xatırladaq ki, bir müddət əvvəl Tramp FTB agentlərinin Mar-a-Laqoda nüvə silahı ilə bağlı məxfi sənədləri axtarması ilə bağlı “The Washington Post” tərəfindən dərc edilən xəbərləri təkzib etmişdi. Siyasətçi bu məlumatı saxtakarlıq, eləcə də Rusiyanın 2016-cı il prezident seçkilərinə müdaxiləsi ilə bağlı araşdırma adlandırıb. Bundan əlavə, Tramp mülkündə axtarışların iştirakçılarını qınayıb və onları “alçaq” adlandırıb.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »