Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa dözülməz istilərdən və meşə yanğınlarından əziyyət çəkir
Avropa dözülməz istilərdən və meşə yanğınlarından əziyyət çəkir

Avropa dözülməz istilərdən və hektarlarla meşə sahəsini alova bürüyən yanğınlardan əziyyət çəkir.

“Report” xəbər verir ki, bu barədə “DailyMail” yazıb.

Nəşrin məlumatına görə, Fransa hökuməti Bordo yaxınlığındakı Jironde departamentində baş verən yanğının söndürülməsinə yardım göstərilməsi üçün bütün Avropa İttifaqı ölkələrindən əlavə qüvvələr çağırmağa məcbur olub. Orada minlərlə insan yanğınlar səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb.

Qeyd olunur ki, ölkənin cənubunda şam ağaclarının olduğu 7 min hektar meşə sahəsini məhv edən yanğın bir aydan çoxdur davam edir.

İsveçrədə 2000 ildir buzla örtülmüş dağ aşırımı əriyib. Reyn çayında suyun səviyyəsi o qədər aşağı düşüb ki, bu, benzin və kömürün çatdırılmasında problemlər yaradıb.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »