Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukraynanın Zaporojye nüvə stansiyası partlasa, nə baş verəcək?
Ukraynanın Zaporojye nüvə stansiyası partlasa, nə baş verəcək?

Partlayış olmasa belə, ekspertlrin fikrincə, ən böyük narahatlıq odur ki, Rusiya-Ukrayna müharibəsi nəticəsində radiasiya sızması baş verə bilər.

Bizimyol.info xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb. Qeyd edilib ki,  Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Ukraynada Rusiyanın nəzarətində olan Zaporojye AES-in atəşə tutulması ilə bağlı həyəcan təbili çalıb.

Bildirilir ki, hazırkı vəziyyət böyük risk yaradır və “nüvə fəlakətinə” səbəb ola bilər. Həm Rusiya, həm də Ukrayna bir-birini stansiyaya hücumla bağlı “nüvə terrorizmində” ittiham edir.

Xatırladaq ki, Zaporojye AES Avropanın ən böyük və dünyanın 10 ən böyük stansiyası arasındadır. Ukraynanın nüvə enerjisinin yarısını istehsal edir.

Stansiyanın ümumi gücü təxminən 6000 meqavatdır ki, bu da təxminən dörd milyon ev üçün kifayətdir.

O, Dnepr çayı üzərində, Ukraynanın cənubundakı çöldə, Ukraynanın paytaxtı Kiyevdən təqribən 550 km (342 mil) cənub-şərqdə və 1986-cı ildə dünyanın ən pis atom elektrik stansiyası qəzasının baş verdiyi Çernobıldan təxminən 525 km (325 mil) cənubda yerləşir.

Hazırda zavod ukraynalı heyət tərəfindən idarə olunur, lakin obyekti Rusiya hərbi birləşmələri qoruyur.

MAQATE-nin məlumatına görə, zavodda hər birinin xalis gücü 950 meqavat olan altı su ilə soyudulan reaktor var.

Zaporojye zavodu da Rusiyanın 2014-cü ildə ilhaq etdiyi Krımdan təxminən 200 km (125 mil) məsafədə yerləşir.

Çərşənbə axşamı Ukrayna operatoru Energoatom bildirib ki, ərazini işğal edən Rusiya qüvvələri “stansiyanı Krımın elektrik şəbəkəsinə qoşmağa” hazırlaşır.

London İmperial Kollecinin Nüvə Mühəndisliyi Mərkəzinin direktoru Maykl Blek Əl-Cəzirə telekanalına bildirib ki, əsas narahatlıq stansiyanın Krımın elektrik şəbəkəsinə qoşulmasıdır. Çünki bu proses reaktorların işdən kənar enerjisini kəsə bilər.

"Reaktorları soyutmaq üçün bu gücə ehtiyac var. Bu, generatorla işlədikcə, hər şey qaydasında olacaq",-deyə o əlavə edib.

Onun sözlərinə görə, rusların elektrik enerjisindən istifadə etmək istədiklərini görmək yaxşı haldır. Bu o deməkdir ki, onlar elektrik stansiyasına zərər vermək istəmirlər.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »