Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Daha iki taxıl gəmisi Ukrayna limanlarını tərk etdi
Daha iki taxıl gəmisi Ukrayna limanlarını tərk etdi

Ukrayna taxılı olan iki gəmi Odessa vilayətinin Çornomorsk və Yujnı limanlarını tərk edib. Məlumata görə, bu, Qara dənizdə “taxıl dəhlizi”nin təşəbbüsü sayəsində mümkün olub.

Bizimyol.info xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi öz “Twitter” səhifəsində məlumat yayıb. Agentliyin məlumatına görə, gəmilərdən biri “SORMOVSKY” gəmisidir və Beliz bayrağı altında üzür. Gəmi, 3,5 min ton buğda daşıyır və Çernomorskdan Türkiyənin Tekirdağ şəhərinə gedir.

Digər gəmi isə Marşal Adaları bayrağı altında üzən “STAR LAURA” gəmisidir. Gəmidə 60 min ton qarğıdalı var. Gəmi cənubdan İrana doğru gedir.

Xatırladaq ki, iyulun 22-də İstanbulda taxıl və digər kənd təsərrüfatı məhsullarının ixracı üçün Ukraynanın “Odessa”, “Çernomorsk” və “Yujnı” limanlarının blokunun açılmasına dair saziş imzalanıb. Ukraynanın infrastruktur naziri Oleksandr Kubrakov və Rusiyanın müdafiə naziri Sergey Şoyqu BMT və Türkiyə ilə ayrı-ayrılıqda eyni sazişlər imzalayıblar.

Sazişlərin icrası çərçivəsində avqustun 1-də Syerra-Leone bayrağı altında üzən “RAZONI” adlı ilk gəmi Odessa limanından yola düşüb. Gəmi 26 min ton Ukrayna qarğıdalısını Livanın Tripoli limanına aparıb.

Avqustun 5 tarixində Böyük Odessa limanlarından Ukrayna taxılı olan ilk gəmi karvanı yola düşüb. Üç yük daşıyıcısı “NAVI STAR”, “ROJEN” və “POLARNET” Türkiyə, Böyük Britaniya və İrlandiyaya 57.000 ton Ukrayna qarğıdalısı daşıyıb.

Avqustun 9-da isə daha iki gəmi Çernomorsk limanından 70 min ton ərzaqla yola düşüb.

Son olaraq, avqustun 11-nə olan məlumata görə, humanitar dəniz dəhlizləri vasitəsilə Ukraynadan 375 min tona yaxın taxıl çıxarılıb.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »