Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kadırov Çavuşoğlu və Fidanla gizli görüş keçirdiyini açıqlayıb
Kadırov Çavuşoğlu və Fidanla gizli görüş keçirdiyini açıqlayıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya prezidenti Vladimir Putinlə görüşünün gündəmdə olduğu vaxt Putinin sağ əli kimi tanınan Çeçenistan lideri Ramzan Kadırovdan diqqətçəkən açıqlama gəlib.

Bizimyol.info xəbər verir ki, Kadırov Ərdoğanın Putinlə görüşdüyü saatlarda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Milli İstihbarat Təşkilatının (Türkiyənin kəşfiyyat orqanı) rəhbəri Hakan Fidanla danışıqlar apardığını açıqlayıb.

Telegram hesabından açıqlama verən Kadırov, məxfi görüşün təfərrüatlarını paylaşıb. Kadırov açıqlamasında bildirib: “Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu və MİT rəhbəri Hakan Fidan ilə məhsuldar qeyri-rəsmi görüş keçirdik və burada Türkiyə ilə Çeçenistan arasında müxtəlif mövzularda əməkdaşlığın qurulmasının zəruriliyi barədə razılığa gəldik. Çavuşoğlu bu görüşün əlaqələrin inkişafı üçün başlanğıc olacağına ümid etdiyini bildirdi”.

Kadırov çeçenlərlə türk xalqının tarixən “çox ortaq cəhətlərin” olduğunu bildirərək, “hazırda Türkiyədə kifayət qədər çeçen yaşayır”,- deyə əlavə edib.

Kadırov gizli görüşdən sonra Türkiyə nümayəndə heyətinin onu Türkiyəyə dəvət etdiyini və dəvətə müsbət cavab verdiyini açıqlayıb.

Qeyd edək ki, məsələ ilə bağlı Çavuşoğlu və Fidan tərəfindən rəsmi açıqlama verilməyib.

Xatırladaq ki, Kadırov və Ərdoğan arasında ötən ilin dekabrında Kocaelidə açılan Cğvhər Dudayev parkı ilə bağlı böhran yaşanmışdı. Türkiyəni “terrorçuları dəstəkləməkdə” günahlandıran Kadırov, bu parkın əvəzində qisas almağa hazırlaşdığını və terrorçuların lideri Abdullah Öcalanın adının parka veriləcəyini bildirmişdi.

Onu da əlavə edək ki, beynəlxalq aləmdə Putinin sağ əli kimi tanınan Kadırov Ukraynada kütləvi edamlar və işgəncələr kimi qeyri-insani hərəkətlərin icraçılarından biri hesab olunur.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »