Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ukrayna anlaşılmaz, əsassız və mənasız təcavüzlə üzləşib" - Bayraktar
"Ukrayna anlaşılmaz, əsassız və mənasız təcavüzlə üzləşib" - Bayraktar

Ukrayna insanlar üçün anlaşılmaz, əsassız və mənasız təcavüzlə üzləşib. Bu səbəbdən də Baykar insanların əziyyətinə görə məsuliyyət hiss edir və ukraynalıları dəstəkləyir.

Bizimyol.info xəbər veirir ki, bu barədə “Baykar”ın baş direktoru Haluk Bayraktar “Geri Dönüş Alive” Fondunun direktoru Taras Çmuta müsahibəsində deyib.

"Biz beş ildən artıqdır ki, ukraynalı dostlarımızla birlikdə işləyirik. Biz ölkələrimizi daha da yaxınlaşdırmaq üçün çox işlər görmüşük ",- deyə o bildirib.

Baykar rəhbəri əlavə edib ki, Türkiyə ilə Ukrayna arasındakı münasibətlər bir-birini tamamlayır və qarşılıqlı faydalıdır. Ölkələr çox yaxın qonşudurlar, onların arasında “mümkün neqativlər” yoxdur. Buna görə də, strateji münasibətlər hər ikisinə sərf etməlidir.

"Bizim aramızda böyük dostluq var. Biz bir çox müxtəlif Ukrayna səlahiyyətliləri ilə görüşmüşük. Ümumiyyətlə, gələcəyə baxışımız üçün çoxlu planlar qurmuşuq",- deyə Haluk Bayraktar vurğulayıb.

O qeyd edib ki, bu gün Ukrayna aqressiya ilə üz-üzədir və “bu təcavüz tamamilə əsassız və mənasızdır”.

"Buna görə də biz əziyyət çəkən insanlara, mülki şəxslərə qarşı humanitar məsuliyyət hiss edirik. Bütün bunlar birlikdə sizə dəstək olmaq və sizin üçün mümkün olan hər şeyi etmək məsuliyyətini verir",- deyə Baykar baş direktoru deyib.

Eyni zamanda o, Ukraynaya dəstəyini ifadə edib və müharibənin tezliklə bitməsini arzulayıb:

"Bütün dualarımız və dəstəyimiz Ukrayna ilədir. Biz istəyirik ki, bu müharibə bitsin və Ukrayna öz suverenliyi altında irəliləməyə davam etsin və sülh yolu ilə irəliləsin",- deyə o əlavə edib.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »