Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Rusiya Zelenskiyə qarşı təxribatlar hazırlayır”
“Rusiya Zelenskiyə qarşı təxribatlar hazırlayır”

Rusiya və Ukrayna arasında gedən müharibə artıq 6 aydır ki, davam edir və hər iki tərəfin itkiləri həddindən artıq çoxdur. Dünyanın gözü isə bu müharibənin gedişatındadır. Bir çox ölkələr müharibənin sonlanması üçün müxtəlif addımlar atsa da, hələ ki, müharibə öz axarında davam edir.

Müharibə davam etdikcə bölgədən hər gün yeni xəbərlər, iddialar gəlməkdə davam edir. Yeni iddalardan biri də odur ki, Kreml Ukrayna prezidenti Vladimir Zelenskiyə qarşı təxribat hazırlayır.

Bizimyol.info xəbər verir ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bu barədə Kanal 24 -ün efirində danışıb. O bildirib ki, 24 avqust Ukraynanın “Müstəqillik Günü”dür və həmin tarixdə Rusiya Federasiyası tərəfindən təxribatlar mümkündür.

"Onlar bunu hər zaman edirlər. Biz belə şeylərdən çox keçirik. Düşmənin demək olar ki, bütün sahələrdə planları haqqında da məlumatımız var",-deyə Danilov bildirib.

Danilov əlavə edib ki, hazırda hər şey nəzarət altında olmaya bilər, lakin müharibə dönəmində bu normal haldır. Eyni zamanda, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi əmin edib ki, mütəxəssislər düşmənin planlarını aşkar etmək və onlara layiqli cavab vermək üçün daim çalışırlar.

Danilov bildirib ki, rus işğalçıları Zaporojye AES-də nüvə şantajı ilə təkcə Zaporojyedən deyil, bütün Ukraynada “boz zona” yaratmaq istəyirlər.

Onu da əlavə edək ki, o, əmindir ki, işğalçılar heç vaxt bu layihənin məqsədini reallaşdıra bilməyəcəklər.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »