Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusu anti-Türkiyə aksiyalar təşkl edib
Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusu anti-Türkiyə aksiyalar təşkl edib

Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusunun (ASO) nəzarəti altında olan Azez və Cerabulus da daxil olmaqla müxtəlif bölgələrdə Türkiyə əleyhinə aksiyalar başlayıb.

Bizimyol.info Türkiyə mətbuatına istinadla xəbər verir ki, sosial mediada paylaşılan görüntülərdə fəalların Türkiyə Bayrağı və TSK-ya məxsus avtomobillərə qarşı təxribat xarakterli hərəkətlərinin görüntüləri yer alıb.

Xarici işlər naziri Mövlud Çavuşoğlunun Bəşər Əsədi Suriyadakı müxalif qruplarla barışdırmaq istədikləri ilə bağlı açıqlamasına reaksiya verdiyi iddia edilən ASO tərəfdarları bu açıqlamadan bir neçə saat sonra Cerablus və Azezdə aksiyaya başlayıblar.

Aralarında silahlı şəxslərin də olduğu qruplar Türkiyə bayrağını yandıraraq Türkiyə Silahlı Qüvvələrinə məxsus avtomobillərin keçməsinə mane olub və yolu bağlayıb.

Azezdə Qaziantepin Şahinbəy Bələdiyyəsinin tikdirdiyi Osmanlı Millet Parkını dağıdıblar. Həmçinin yürüş edərək Türkiyə əleyhinə şüarlar səsləndirən ASO tərəfdarları Əsədlə barışmayacaqlarını bildirib və Türkiyə əleyhinə şüarlar səsləndiriblər.

Silahlı ASO üzvlərinin Tel Abyaddakı aksiyalarda şəxsən iştirak etdiyi və onlara dəstək verdiyi iddia edilir. Fəallar Azez və bir çox şəhərlərdə “Qardaşlıq sərhəd tanımır” yazılı lövhələrlə Türkiyə bayrağına hücum ediblər.

Xatırladaq ki, bir müddət əvvəl xarici işlər naziri Mövlud Çavuşoğlu Belqradda Suriya xarici işlər naziri ilə söhbət etdiyini bildirmişdi. Çavuşoğlu qeyd etmişdi ki, bu ölkənin tək çıxış yolu siyasi barışıqdır. Terrorçular kimliyindən asılı olmayaraq təmizlənməlidir.

“Suriya müxalifəti ilə rejim arasında barışıq olmalıdır və Türkiyə olaraq buna dəstək ola bilərik",- deyə o əlavə edib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »