Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Norveç də Ukrayna əsgərlərinə təlim keçəcək
Norveç də Ukrayna əsgərlərinə təlim keçəcək

Norveç Böyük Britaniyada ukraynalı əsgərlərin təliminə kömək etmək niyyətindədir. Norveç öz təlimatçılarını Ukrayna orudusuna təlim keçmək üçün göndərəcək.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, bunu Norveçin müdafiə naziri Byorn Arild Qram deyib. O qeyd edib ki, ölkə Britaniyanın belə təşəbbüsünə müsbət yanaşır.

"Ukrayna qüvvələrinin əlavə təlim və təhsilə ciddi ehtiyacı var. Norveç Böyük Britaniyanın Ukrayna əsgərlərinin Böyük Britaniyada hazırlanması təşəbbüsünə müsbət yanaşır. Biz də bəzi digər ölkələr kimi əsgərlərin bu əsas hazırlığı üçün təlimatçılarla birlikdə iştirak edəcəyik",- deyə müdafiə naziri vurğulayb.

Xatırladaq ki, bundan əvvəl təşəbbüsə Böyük Britaniyada Ukrayna əsgərlərinə geniş miqyasda təlim keçəcək Hollandiya da qoşulmuşdu. Keçirilən təlimlər əsas hazırlığa aiddir. Atışma, ilk tibbi yardım və s. Onlar qeyd ediblər ki, Ukraynada Rusiya qoşunlarının ləng, lakin davamlı irəliləyişi var.

Rusiya orusdunun dayandırlması üçün Qərbin dəstəyi həlledici olaraq qalır.

Xatırladaq ki, yüzlərlə ukraynalı hərbçi Böyük Britaniyada Qərb silahlarından, xüsusilə M270 MLRS raket buraxılış qurğuları da daxil olmaqla silahlardan istifadə ilə bağlı hərbi təlim alır. Qeyd olunur ki, Ukrayna hərbçiləri Britaniyanın cənubundakı Solsberidə və digər ərazilərdə təlim keçiblər.

Təlim Britaniyanın rəhbərlik etdiyi və Yeni Zelandiyanın dəstəklədiyi proqramın bir hissəsidir və bu proqrama ümumilikdə 450-dən çox Ukrayna Silahlı Qüvvələrinin döyüşçüsü qoşulub.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »