Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"ABŞ Gürcüstanda hakimiyyəti dəyişməyi planlaşdırır"
"ABŞ Gürcüstanda hakimiyyəti dəyişməyi planlaşdırır"

ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnanın hərəkətləri insanların ABŞ səfirliyinin radikal müxalifətin radikal gündəmini koordinasiya etdiyinə inamını gücləndirir.

Bizimyol.info Gürcüstan mətbuatına istinadla xəbər verir ki, bu barədə “Xalqın Gücü” ictimai hərəkatının bəyanatında deyilir.

İctimai hərakat iyunda partiyanı tərk edən hakim “Gürcü arzusu” partiyasının keçmiş deputatları – Dmitri Xundadze, Mixail Kavelaşvili və Sozar Subari tərəfindən yaradılıb.

Deputatlar hakim partiyadan getmələrini hakim partiyanın dilə gətirməyə cəsarət etmədiyi ictimaiyyətə həqiqəti söyləmək zərurəti ilə izah ediblər. Onlar tez-tez Qərb siyasətçiləri və diplomatlarını, o cümlədən ABŞ səfirini tənqid edirlər.

Bu dəfə Subari, Xundadze və Kavelaşvili ABŞ səfirliyinin Vahid Milli Hərəkatı hakimiyyətə gətirməyə çalışdığını iddia edirlər.

“İnqilabi ssenarinin həyata keçirilməsinə üç il əvvəl başlanılıb. ABŞ səfirliyinin Gürcüstan hökumətini müxalifət liderləri Uqulav və Okruaşvilini həbsdən azad etməyə, seçki sistemini Vahid Milli Hərəkat və onun ətrafındakıların xeyrinə dəyişməyə necə məcbur etdiyini hər kəs yaxşı xatırlayır”,- deyə bəyanatda deyilir.

Bəyanatda iddia edilir ki, ABŞ-ın Gürcüstandakı səfirliyi “Gürcü Arzusu” hökuməti dövründə “Gürcüstanı müharibəyə sürükləyəcəklərinə ümid etmirdi”.

Deputatlar hesab edirlər ki, ABŞ səfiri Kelli Deqnan İvanişvilinin tənqidindən və Avropa Parlamentinin Gürcüstanın keçmiş baş nazirini oliqarx adlandırıldığı və ona qarşı sanksiyaların tətbiq edilməsini tələb etdiyi qətnamədən imtina etməlidir.

Bəyanat müəllifləri hesab edirlər ki, Deqnanın ölkədə baş verən son hadisələrlə bağlı suallara cavab verməkdən imtina etməsinin yalnız bir məntiqi izahı ola bilər. Onlar iddia edirlər ki, ABŞ səfirliyi qütbləşməni qızışdırmağa və hökuməti dəyişmək üçün radikal müxalifətin səylərini əlaqələndirməyi planlaşdırır.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »