Son bir neçə həftə ərzində Rusiya rəsmiləri pilotsuz təyyarələrin təhvil verilməsinə dair razılaşma çərçivəsində İranda təlim keçib.
Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti sədrinin birinci müavini Vedant Patel məlumat verib.
Dövlət Departamentinin sözçüsü xatırladıb ki, iyul ayında ABŞ hökuməti İranın Rusiyaya bir neçə yüz hərbi pilotsuz uçan aparat verməyə hazırlaşdığını göstərən məlumat alıb. Bu yaxınlarda Rusiyanın rəsmi nümayəndə heyəti İranın pilotsuz təyyarələrinin nümayişində iştirak edib.
"Biz təsdiq edə bilərik ki, son bir neçə həftə ərzində Rusiya rəsmiləri PUA-ların təhvil verilməsi sazişi çərçivəsində İranda təlim keçiblər",- deyə Patel bildirib.
Dövlət Departamentinin sözçüsü bildirib ki, ABŞ həm Rusiya, həm də İranla silah ticarətinə sanksiyalar tətbiq edəcək.
“Biz İrana PUA ilə bağlı material və texnologiya tədarük edən satınalma şəbəkəsinin qarşısını almaq və aradan qaldırmaq üçün sanksiyalar tətbiq edəcəyik. Lakin tədbirlərimiz bununla məhdudlaşmayacaq. Bütün mövcud vasitələrdən istifadə etməyə davam edəcəyik”,- deyə Patel bildirib.
İyulun 16-da ABŞ kəşfiyyatı müəyəyn edib ki, Rusiya rəsmiləri hücum dronlarının alınması ilə bağlı danışıqlar aparmaq üçün iki dəfə İrana uçub.
İyulun 26-da isə Ağ Ev Rusiyanın İrandan pilotsuz təyyarələr almasına dair heç bir əlamət görmədiyini deyirdi.
ABŞ Dövlət Departamenti PUA-ların Rusiyaya çatdırılacağı təqdirdə İrana qarşı sanksiyalar tətbiq edəcəyini bildirmişdi.
İran isə Rusiyaya dronların verilməyəcəi ilə bağlı açıqlama ilə çıxış etmişdi.
İlahin, Bizimyol.info