Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayden Trampın qayıdışını əngəlləyə biləcəkmi?..
Bayden Trampın qayıdışını əngəlləyə biləcəkmi?..

ABŞ prezidenti Co Bayden noyabrda keçiriləcək Konqres seçkilərindən bir neçə ay sonra yenidən seçiləcəyini elan etməyə hazırlaşır. Bu barədə onun, köməkçiləri və müttəfiqləri deyirlər.

Bizimyol.info xəbər verir ki, bu barədə “Bloomberg” xəbər yayıb. Sorğular göstərir ki, əksər demokratlar 79 yaşlı prezidentə deyil, fərqli namizədə üstünlük versə də, Bayden yenidən namizəd olmağa hazırlaşır.

Baydenə yaxın adamlar onun qanunvericilik, iqtisadi və xarici siyasətdə son qələbələrdən ruhlandığını və Donald Trampın Ağ Evə qayıtmasının qarşısını almağa hazır olduğunu deyirlər.

Baydenin uzun müddət köməkçisi olmuş Anita Dann deyir ki, Bayden yenidən namizədliyini irəli sürməyi planlaşdırdığını bildirib. “İnsanlar onun sözlərini dəstəkləməlidirlər”,- deyə Dann qeyd edib.

Konqresdəki üç demokrat bu yaxınlarda Baydenə yerini daha gənc varisə verməyi təklif edib. Son məlumatlara görə Baydenin demensiya xəstəliyi də kəskinləşib. Demensiya qocalıqda yaddaş zəifləməsidir. Bu üzdən də rəsmi mərasimlərdə Bayden üçün yazılı təlimatlar hazırlanır və qarşısına qoyulur. Bu yaxınlarda həmin təlimatlardan birinin şəkli mətbuatda yayılmışdı.

“FiveThirtyEight” sorğusunun təhlilinə görə Baydenin təsdiq reytinqi cəmi 40 faiz təşkil edir.

Lakin müttəfiqlər deyirlər ki, Baydenin qətiyyəti Tramp və onun 6 yanvar 2021-ci ildə Kapitoliyə hücum cəhdindən sonra verdiyi açıqlamalardan sonra artıb.

Xatırladaq ki, bu həftə FTB agentləri Ağ Evdən aparılmış məxfi sənədləri ələ keçirmək üçün aparılan təhqiqat çərçivəsində Trampın Floridadakı Mar-a-Laqo malikanəsinndə yoxlamalar aparıb, önəmli detallar əldə ediblər.

Tramp isə 2024-cü il prezident seçkilərində iştirak etmək qərarına gəldiyini bildirib. Amma o seçki kampaniyasının nə zaman başlayacağı ilə bağlı açqlama verməyib. Bildirib ki, o hələ bu barədə düşünür.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »