Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Payızda Putin sülh təklif edəcək"
"Payızda Putin sülh təklif edəcək"

Noyabr ayında Rusiya Federasiyasının prezidenti Vladimir Putin Ukraynaya sülh danışıqları təklif edə bilər. Amma Xerson uğrunda döyüşün gedişatını dəyişə bilməsə, Rusiya Federasiyasının öz şərtləri ilə razılaşma əldə etmək şansı yoxdur.

Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu barədə britaniyalı iqtisadçı ekspert Timoti Eş danışıb. Onun fikrincə, bir neçə ay ərzində Xerson uğrunda döyüş başa çatacaq.

Payızda isə enerji məsələsində Avropanı “sındırmaq” cəhdindən sonra Putin sülh təklif edəcək. "Burada hər şey Ukraynanın xeyrinə olacaq. Ukrayna ya Minsk-2 kimi pis sülh razılaşmalarına imza atacaq, ya da mübarizəsini davam etdirəcək.

Mən hiss edirəm ki, bu dəfə Ukrayna geri addım atmayacaq. Çünki indi daha çox ərazi geri qaytarmaq üçün birlik və mübarizə əzmi var. Və Ukrayna üçün əsas Zaporojye və Xerson vilayətinin limanlarıdır. Bu, Ukraynada sülhün möhkəmlənməsini təmin edə bilər”,- deyə Eş əlavə edib.

O xatırladıb ki, əvvəllər sülh Ukraynanın müvafiq olaraq İlovaysk və Debaltsevo ərazilərində məğlub olmasından sonra imzalanıb. O zaman Ukrayna fəlakətli məğlubiyyətlər astanasında idi.

"Bu dəfə Putin Xerson uğrunda döyüşün axarını dəyişə bilməsə, fərqli olacaq. Düşünürəm ki, bu dəfə hər iki ölkənin hərbi qüdrəti çox fərqlidir. Ümumi hərbi dinamika NATO-nun dəstəyi ilə Ukraynanın tərəfindədir. Burada sual ondan ibarətdir ki, Ukrayna Putinin təklif etdiyi sülh sazişini qəbul etməsə, bəzi NATO üzvləri bu dəstəyi geri götürməklə hədələyəcəklərmi? Məncə, NATO ölkələri Ukraynanı güclü şəkildə dəstəkləyəcək, Fransa və Almaniya isə sülh sazişini yenidən əldə əsas tutacaqlar”,- deyə o vurğulayıb.

Eş vurğulayıb ki, Qərb sülh danışıqlarından əvvəl Rusiyaya təzyiq göstərmək üçün əlindən gələni etməlidir.

“Belə ki, Ukraynaya dərhal hərbi və maliyyə dəstəyini artırılmalıdır. Onlar Putinə göstərməli və sübut etməlidirlər ki, Qərb uzunmüddətli perspektivdə Ukraynanı dəstəkləyir. Əgər Putin Ukraynanın bu müharibəni sonsuza qədər belə intensivliklə apara biləcəyini düşünsə, sülh danışıqlarına həvəslə girəcək.

Eyni zamanda sanksiyaların tətbiqinə davam etmək - Rusiya vətəndaşlarının Qərbə girişini əngəlləmək yaxşı variantdır. Vizasız rejimə haqq qazandıran heç bir hal yoxdursa, viza rüsumunu artırmaq lazımdır. Çünki sadə Rusiya vətəndaşları müharibəni hiss etməlidirlər”,- deyə o qeyd edib.

Onun sözlərinə görə, Rusiyanın hərbi potensialı getdikcə azalır. Belə olan halda Putin gələcəkdə NATO ilə hər hansı hərbi paritet saxlamaq istəsə, gec-tez danışıqlar aparmalı olacaq.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »