Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şuşada abidələrə təhlükə yaradan işlərin dayandırılmasına əsas verən hallar açıqlanıb
Şuşada abidələrə təhlükə yaradan işlərin dayandırılmasına əsas verən hallar açıqlanıb

Şuşa şəhərində abidələrə təhlükə yaradan işlərin məhdudlaşdırılmasına əsas verən hallar və abidələrə təhlükə yaradan işlərin dayandırılmasına əsas verən hallar müəyyənləşib.

APA-nın xəbərinə görə, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Şuşa şəhərinin ərazisində yerləşən abidələrə təhlükə yaradan işlərin məhdudlaşdırılması və ya dayandırılması ilə bağlı yazılı göstərişlərin məzmunu, habelə təhlükənin aradan qaldırılması tədbirləri, onların həyata keçirilməsi Qaydası və müddəti”ndə əksini tapıb.

Sənədə əsasən, abidələrin yerləşdiyi ərazidə və mühafizə zonasında onlar üçün təhlükə yaradan aşağıdakı hallar aşkar edildikdə, İdarə tərəfindən işlərin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edilir:

- abidələrin yerləşdiyi ərazidə və onların mühafizə zonalarında nəqliyyat vasitələrinin hərəkəti

- abidələr üçün təhlükə yarada biləcək tikinti və mühəndis-kommunikasiya təminatı sistemində və (və ya) xətlərində təmir-tikinti işləri zamanı abidələrin təhlükəsizliyini təmin etmək üçün qabaqlayıcı tədbirlər görülmədikdə;

- texniki avadanlıq, qurğu, cihaz və sair abidələrin təhlükəsiz istismarına mane olduqda.

- Abidələrin yerləşdiyi ərazidə və mühafizə zonasında aşağıdakı hallar aşkar edildikdə, İdarə tərəfindən işlərin dayandırılması ilə bağlı qərar qəbul edilir:

- tikinti və ya təsərrüfat işləri zamanı mədəni irs obyektlərinin əlamətləri aşkar edildikdə;

- abidələrin üzərində bərpa, konservasiya, təmir, rekonstruksiya, regenerasiya və digər işlər onların layihələri dövlət mülkiyyətində olan abidələrə münasibətdə İdarənin qərarı, dövlət mülkiyyətində olmayan abidələrə münasibətdə isə İdarənin razılığı olmadan aparıldıqda;

- abidələrin tarixi-memarlıq və bədii-estetik görkəmi dəyişdirildikdə, uçurulduqda və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat işləri aparıldıqda, habelə digər hər hansı fəaliyyət həyata keçirildikdə;

- müvafiq icazə və mütəxəssis nəzarəti olmadan yerli əhəmiyyətli abidələrin köçürülməsi və yerinin dəyişdirilməsi aşkar edildikdə;

- inşaat və abadlıq işləri aparılarkən abidələrin konfiqurasiyasının, ənənəvi küçə şəbəkələrinin dəyişdirildiyi aşkar edildikdə;

- İdarənin razılığı olmadan abidələrin öyrənilməsinə və arxeoloji qazıntılar aparılmasına dair işlər görüldükdə.

Son xəbərlər
Bütün xəbərlər »