Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çavuşoğlu: "Türkiyə və Suriya Prezidentlərinin telefon danışığı gündəmdə deyil"
Çavuşoğlu: "Türkiyə və Suriya Prezidentlərinin telefon danışığı gündəmdə deyil"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Suriya Prezidenti Bəşər Əsəd arasında telefon danışığı gündəmdə deyil.

APA xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O qeyd edib ki, Rusiya lideri Vladimir Putin və digər rus rəsmiləri bu barədə təkliflər verib, lakin türk tərəfi indi kəşfiyyatçılar arasındakı görüşün xeyirli olacağını bildirib.

Nazirin sözlərinə görə, bu görüşlərə bir müddət əvvəl ara verilsə də, artıq yeni görüşlər baş tutub.

Son xəbərlər
Bütün xəbərlər »