Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baltikyanı ölkə sərhədlərini Rusiya vətəndaşları üçün bağlayır
Baltikyanı ölkə sərhədlərini Rusiya vətəndaşları üçün bağlayır

Rusiya vətəndaşları müharibənin geridə qalan müddəti ərzində dünyada əksər marşrutlar üzrə hərəkət edib. Onları kurort zonalarında istirahət edəndə, Türkiyədə mənzil bazarında fəallıq göstərəndə görmək mümkündür. Sanki müharibə rusiyalılara təsir göstərməyib. Bu məqam daha çox Ukrayna hökuməti ilə Şimali Avropa dövlətlərinin başçılarını qıcıqlandırır. Açıqlamalar belə deməyə əsas verir.

Bizimyol.info xəbər verir ki, Estoniya ölkə sərhədlərini Rusiya vətəndaşları üçün bağlayır. Baltikyanı dövlətin Xarici İşlər Nazirliyi bununla bağlı açıqlama verib. Burada konkret müddəalar yer alıb. Estoniya Xarici İşlər Nazirliyi yalnız istisna beş halı fərqləndirib. Birincisi, Rusiyadan ölkəyə diplomatik nümayəndəliklərin, konsulluq idarələrinin əməkdaşları, onların ailə üzvləri gələ bilər.

İkincisi, beynəlxalq yükdaşıma və sərnişindaşıma ilə məşğul olan şəxslər. Üçüncüsü, Avropa İttifaqı ərazisində sərbəst yerdəyişmə hüququ olan şəxslər. Dördüncüsü, humanitar səbəblərdən Estoniyaya gələnlər. Beşincisi, Estoniyada qohumlarına qonaq gələnlər. Yəqin ki, son kateqoriyada dəvətnaməsiz keçinmək mümkün olmayacaq. Ümumiyyətlə, Rusiya vətəndaşları əksər hallarda Estoniya sərhədini keçmək üçün xeyli sənəd toplamaq məcburiyyətində qalacaq.

Estoniyanın belə addım atması təəccüblü görünməməlidir. Baltikyanı ölkənin Rusiyaya ərazi iddiaları var. Tallin Moskvanı 1920-ci ildə imzalanmış Tartu müqaviləsinin şərtlərinə məhəl qoymamaqda ittiham edir. Estoniya məcbur şəkildə SSRİ-yə daxil olandan sonra respublikanın torpaqlarının bir hissəsi Rusiyaya verilmişdi. Amma müstəqillik dövründə bunu geri qaytarmaq mümkün olmayıb. Estoniya bu saymazlığa görə Rusiyanın cəzalanmasını istəyir. Ölkə rəhbərliyi rusiyalıların sərhəddən buraxılmamasını dilə gətirənlər sırasında öncüllərdəndir.

Ukrayna Prezidenti Volodimir Zelenski də Rusiya vətəndaşlarının təcrid edilməsinin tərəfdarıdır. Onun fikrincə, rusiyalılar Kremlin axmaq qərarlarının cəfasını çəkməlidir. Zelenski daxili müqavimətin olmamasına görə Rusiya vətəndaşlarını çox qınayır.

Finlandiyanın Baş Naziri Sanna Marin də Rusiya vətəndaşlarının təcrid olunmasını təklif edir. O, rusiyalıların Avropaya tursit səfərlərinin əleyhinədir.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »