Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukraynada nüvə fəlakəti riski böyükdür
Ukraynada nüvə fəlakəti riski böyükdür

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) prezidenti Rafael Qrossi Rusiya-Ukrayna müharibəsində Rusiyanın ələ keçirdiyi “Zaporjye Atom Elektrik Stansiyası” ilə bağlı qorxulu açıqlamalar verib.

Bizimyol.info xəbər verir ki, Qrossi Avropanın ən böyük elektrik stansiyasının fəlakət riski altında olduğunu bildirib.

“Rusiya ilə Ukrayna arasında son aylarda başlayan və bütün dünyanın gündəmində olan gərginlik davam edir. Çox sayda insanın ölümünə səbəb olan müharibə Avropanın ən böyük nüvə obyekti olaraq xarakterizə edilən Zaporojye Atom Elektrik Stansiyasına da sirayət edib. Müharibənin ilk günlərində elektrik stansiyasına hücum edən Rusiya ötən aylarda obyekti ələ keçirə bilib”,- deyə o qeyd edib.

Onun sözlərinə görə, AES zədələnib. Bu səbəbdən də onun yoxlanılmasına və təmirinə ehtiyac var. Qrossinin fikrincə, heç bir AES-də baş verməməli olan hadisələr baş verib. Bu da münaqişələrə yaxın bölgədə yerləşən obyektin fəlakət riskini artırır.

“Ukraynalı mütəxəssislər təzyiq və təhdid olmadan öz vəzifələrini yerinə yetirməlidirlər”,- deyə Qrossi vurğulayıb.

Müharibə davam etdiyi halda,  baş verəcək fəlakətin qarşısının alınması üçün  heç bir iş görməmək ağlasığmazdır.  “Qəza baş verərsə, fəlakət baş verərsə, kimsə bizi günahlandıra bilməz”,- deyə o əlavə edib.

Zaporojye Atom Elektrik Stansiyası  — Ukraynanın Zaporojye vilayətində, Enerqodar şəhərində Kaxovka su anbarının sahilində çöl zonasında yerləşir. Bu, Avropanın ən böyük elektrik stansiyasıdır. 1996-cı ildən Zaporojye AES Milli Nüvə Enerjisi İstehsalat Şirkətinin ayrıca bölməsidir.

2022-ci ilin martında Rusiyanın Ukraynaya hücumu zamanı işğal altına düşüb.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »