Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna əvvəl Krıma hücum etdi, sonra qaçan Rusiya vətəndaşlarını ələ saldı
Ukrayna əvvəl Krıma hücum etdi, sonra qaçan Rusiya vətəndaşlarını ələ saldı

Rusiyanın 2014-cü ildə ilhaq etdiyi Ukraynanın Krım bölgəsindəki hərbi bazada baş verən partlayışlarla bağlı müzakirələr davam edərkən, Ukrayna Müdafiə Nazirliyindən maraqlı açıqlama gəlib.

Bizimyol.info xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyi öz Tvitter hesabında diqqətçəkən paylaşım edib. Həmin paylaşımda Ukraynada müharibə davam edərkən tətil üçün Krımı seçən Rusiya vətəndaşlarını ələ salan video yayımlanıb: "Əziz rusiyalı qonaqlarımıza səslənirik. Siz, xoşagəlməz dərəcədə isti yay tətili keçirmək istəmirsinizsə, o zaman Krımı ziyarət etməməyinizi tövsiyə edirik. Əks halda, heç bir günəş kremi onları yüksələn tüstünün zərərli təsirindən qoruya bilməz”.

Onu da əlavə edək ki, 1980-ci illərin məşhur İngilis pop qrupu “Bananarama”nın "Cruel Summer" mahnısının müşayiəti ilə çəkilən videoda deyilir: “Bu yay sizin istirahət üçün başqa variantlarınız da var idi: Dubaydakı Palm Jumeirah çimərlikləri, Antalyadakı kurortlar, Kuba çimərlikləri. Amma siz Krımı seçdiniz və böyük səhv etdiniz”.

Sonda isə video “Krım Ukraynadır” ifadəsi ilə bitib.

Qeyd edək ki, çərşənbə axşamı Rusiyanın Krımdakı Saki aviabazasında bir nəfərin ölümü ilə nəticələnən partlayışlar müharibə başlayandan bəri sakit olan və Rusiya vətəndaşlarının sevimli istirahət mərkəzləri arasında olan Krımda çaxnaşma yaradıb. Partlayışlar zamanı onların çimərlikdəki qaçış anları da kameralara əks olunub.

Rusiya hücum iddialarını təkzib etsə də, peykdən çəkilən son görüntülər Rusiya bazasının məhv edildiyini ortaya çıxarıb və Krımda ciddi hücumun ola biləcəyinə işarə edib.

Kiyev bazaya hücum etmədiyini iddia etsə də, ukraynalı rəsmi “Vaşinqton Post”a açıqlamasında hadisənin arxasında Ukrayna xüsusi təyinatlılarının dayandığını bildirib.

Partlayışların ardından verdiyi açıqlamada Ukrayna prezidenti Vladimir Zelenski də sanki Krıma hücum etdirklərini dolayısı ilə etiraf edib. O bildirib ki, “müharibə 2014-cü ildə Krımın işğalı ilə başlayıb və Krımın azad olunması ilə başa çatacaq”.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »