Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa son 500 ilin ən pis quraqlığına hazırlaşır
Avropa son 500 ilin ən pis quraqlığına hazırlaşır

Avropa həyəcan təbili çalır. Qitənin yarıdan çoxu “son 500 ilin ən pis istisi” ilə bağlı quraqlıq xəbərdarlığı altındadır.

Bizimyol.info xəbər verir ki, Avropa Quraqlıq Rəsədxanasının ən son açıqlanan məlumatları göstərir ki, qitədəki torpaqların 64 faizi hazırda quraqlıq xəbərdarlığı altındadır.

Quraqlıq göstəricisinin iyul ayı məlumatlarına əsaslanan son xəritəsinə görə, torpaqların 47 faizi “xəbərdarlıq” vəziyyətindədir, yəni torpaqda rütubət çatışmazlığı müşahidə olunur.

Məlumat üçün bildirək ki, “Daily Mail”-in məlumatına görə, xəritədə ən çox quraqlığın müşahidə edildiyi yerlər bunlardır: İngiltərə , Fransa, Belçika, Hollandiya, Almaniya, İspaniya, İtaliya, Macarıstan, Polşa və Rumıniya.

Məlumata görə, Böyük Britaniya Ekologiya və Hidrologiya Mərkəzi də oktyabr ayına qədər çaylarda "qeyri-adi dərəcədə aşağı" axın səviyyəsini proqnozlaşdırır.

Bundan əlavə meşə yanğınları Fransada da yenidən yayılır. Xatırladaq ki, keçən ay rekord həddə çatan temperatur bir çox ərazilərin yanmasına səbəb olmuşdu.  Hətta bu yanğınlar səbəbindən ərzaq istehsalının orta səviyyədən xeyli aşağı düşəcəyi ilə bağlı qorxular da var.

Qeyd edək ki, iqtisadçılar quraqlığın bu il ölkələrin ümumi iqtisadi artımına təsir edəcəyini proqnozlaşdırsalar da, ekspertlər ölkənin hələ quraqlıq baş verməmişdən əvvəl enerji böhranı səbəbindən tənəzzüllə üzləşdiyi barədə xəbərdarlıq edirlər.

Qeyd edək ki, quraqlıq təkcə Avropada deyil, bütün dünyada gözlənilir. Qlobal istiləşmə nəticəsində baş verən iqlim dəyişiklikləri içməli və suvarma su ehtiyatlarının azalmasına səbəb olub. Son illər ərzində bir çox çaylar və göllərin səviyyəsi sürətlə azalıb və bu proses davam etməkdədir.

Son illər ərzində dəniz suyunun emal edilərək içməli hala gətirilməsi üzrə texnologiyalar əhəmiyyətli dərəcədə inkişaf edib.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »