Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Simonyan yoxsulluq travmasından əziyyət çəkir" - Yelena Şerşneva
"Simonyan yoxsulluq travmasından əziyyət çəkir" - Yelena Şerşneva

Praktik psixoloq Yelena Şerşneva Kreml təbliğatçısı Marqarita Simonyanın tərcümeyi-halını təhlil edərək 3 uşaq anasının Ukraynadakı qanlı müharibəni niyə peşman olmadan dəstəklədiyini izah edib. Ekspertin fikrincə, Kremlin ruporu “yoxsulluq travması”ndan əziyyət çəkir.

Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, Simonyan uşaqlar üçün dərman almağa belə imkanı olmayan ailədə dəhşətli şəraitdə böyüyüb. Mütəxəssis “YouTube”da yayımladığı videoda bildirib ki, psevdojurnalistin əxlaqsız davranışının əsas səbəbi uşaqlıqda yaşadığı maliyyə çatışmazlığı olub.

“Simonyan 15 yaşına qədər kiçik bacısı və valideynləri ilə siçovulların əhatəsində, antisanitar şəraitdə böyüyüb və hətta evdə tualet qabı quraşdırmaq imkanı belə olmayıb. Ancaq bir yeniyetmə kimi ABŞ-a mübadilə yolu ilə getmək və bir il ona sığınacaq verən amerikalı ailənin böyük evində yaxşı şəraitdə yaşamaq imkanı qazanıb.

Ancaq 12 aydan sonra təbliğatçı adi vəziyyətinə qayıtmalı olub”,- deyən psixoloqun fikrincə, bu, əsas makrotravmaya çevrilə bilər.

"Yoxsulluğun travması ona gətirib çıxarır ki, pul əsas məqsəd və prioritet olur",- deyə  videonun müəllifi izah edir.

Sonradan Simonyan valideynlərinin mənzil almaq üçün dövləti necə aldatdığının şahidi olub. Və başa düşüb ki,  öz rifahı naminə yalan danışmaq, qanunu pozmaq və s. mümkündür.

Yelena Şerşnevanın sözlərinə görə, Simonyan 1 sentyabr 2004-cü ildən təbliğatçıya çevrilməyə başlayıb. Gənc “jurnalist” Beslandakı terror aktının baş verdiyi yerə göndərilib, oradan həqiqəti deyil, “Kreml təlimatı”nı ötürüb.

Belə ki, hadisə zamanı girovların sayı 1100-dən çox olduğu halda Simonyan 300 nəfər olduğunu bildiirb. Həmçinin qeyd eidb ki, terrorçular Putinə şərt irəli sürməyiblər.

Bu “reportajdan” az sonra təbliğatçı “Russia Today” telekanalının rəhbəri təyin edilib. Yelena Şerşnevanın fikrincə, heç bir məbləğ Putin hökumətinin yalanlarını təbliğ edən “jurnalist”in uşaqlıqdan davam edən daxili narahatlığı sakitləşdirə bilmir.

Buna görə də üç uşaq anası daim daha çox şeyə can atır və bunun üçün ukraynalıların soyqırımını təbliğ etməkdən də çəkinmir.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »