Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nensi Pelosi: Çin Tayvana qarşı təzyiqləri normallaşdırılmağa çalışılır
Nensi Pelosi: Çin Tayvana qarşı təzyiqləri normallaşdırılmağa çalışılır

ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi Çin tərəfindən böyük reaksiya ilə qarşılanan Tayvan səfərindən sonra dünən keçirilən mətbuat konfransında açıqlama verib.

Bizimyol.info xəbər verir ki, Pelosi çıxışı zamanı Tayvan səfərindən və onun əhəmiyyətindən bəhs edib: “Biz oraya Tayvanı tərifləmək üçün getmişdik. Biz, Tayvana Çinin Tayvanı təcrid edə bilməyəcəyini söyləmək və dostluğumuzu göstərmək üçün getdik. Gördüyümüz odur ki, Çin Tayvana qarşı təzyiqləri normallaşdırmağa çalışır. Biz buna imkan verə bilmərik”.

Pelosi Çinin Tayvan ətrafında təşkil etdiyi hərbi təlimlərə də toxunub. O, bildirib ki, “biz bunun baş verməsinə icazə verə bilmərik”.

Digər tərəfdən, mətbuat konfransında Pelosi Çinin ona və ailəsinə qarşı sanksiya tətbiq etdiyi ilə bağlı suala gülərək “kimin vecinə? Bu mənim üçün təsadüfdür, bununla heç bir əlaqəsi yoxdur”,-deyə cavab verib.

Qeyd edək ki, Çin, avqustun 10-da ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərindən sonra keçən həftə başlayan hərbi təlimləri dayandırdığını açıqlayıb.

Onu da əlavə edək ki, Çinin Tayvan ətrafında təşkil etdiyi təlimlər bəzi ölkələr tərəfindən reaksiya ilə qarşılanıb. ABŞ Çinin ABŞ-dakı səfiri Qin Qanqı Ağ Evə çağıraraq Çinin hərəkətlərini pisləyib. ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, Çinin Pelosinin səfərinə reaksiyası “açıq-aşkar təxribatdır”.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »