Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Zelenski və Putin arasında görüş təşkil edə bilərik"
"Zelenski və Putin arasında görüş təşkil edə bilərik"

İndoneziya G20 sammitində Ukrayna prezidenti Vladimir Zelenski ilə Rusiya prezidenti Vladimir Putin arasında görüş təşkil etməyə hazır olduğunu bildirib. İndoneziya Prezidenti Coko Vidodo müvafiq dəvətləri Ukrayna lideri və Rusiya Federasiyasının rəhbərinə çatdırıb.

Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, G20 sammitinin bu il noyabrın 15-16-da keçirilməsi planlaşdırılır. Bu barədə İndoneziyanın Rusiyadakı səfiri Xose Tavares danışıb.

Onun sözlərinə görə, İndoneziya Rusiya və Ukrayna prezidentləri arasında görüşün keçirilməsində maraqlıdır. O, həmçinin qeyd edib ki, Coko Vidodo artıq dövlət başçılarına müvafiq dəvətləri çatdırıb.

"Əgər onlar G20-nin Bali sammitində iştirak etsələr, o zaman, əlbəttə ki, görüş təşkil etmək imkanı olacaq. İndoneziya isə belə bir görüşün keçirilməsinə kömək etməyə hazırdır. Təbii ki, prezidentlər gəlsə, bunu edə bilərik",- deyə Tavares bildirib.

Diplomat həmçinin əlavə edib ki, İndoneziya Zelenski ilə Putin arasında mümkün görüş zamanı etibarlı təhlükəsizlik tədbirlərini təmin etməyə hazırdır.

Xatırladaq ki, bir müddət əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kreml başçısı Vladimir Putini Türkiyədə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşə dəvət edib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə deyir ki, hazırda Vladimir Putinlə Ukrayna prezidenti Vladimir Zelenski arasında görüş üçün lazımi ilkin şərtlər yoxdur.

Qeyd edək ki, Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak bir müddət əvvəl Ukraynanın “Minsk-3” sazişinin bağlanması ilə razılaşmayacağını bildirib. O bildirib ki, Vladimir Zelenski ilə Kreml rəhbəri Vladimir Putin arasında danışıqlar Rusiya bu danışıqlara hazır olduğu zaman baş tuta bilər.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »