Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Türkiyədə film sektorunun inkişafını izləmək böyük zövqdür"
"Türkiyədə film sektorunun inkişafını izləmək böyük zövqdür"

Türkiyə mətbuatı Azərbaycan Dövlət Pantomima Teatrının aktyoru və direktoru əməkdar artist Elman Rəfiyevlə müsahibə hazırlayıb. Müsahibədə Elman Rəfiyev öz həyat və yaradıcılığından söz açıb.

“Mən Rəfiyev Elman Məmmədrza oğluyam, ona görə də məni burada hamı REMO kimi tanıyır. Mən 1971-ci ildə Sumqayıtda anadan olmuşam. Uşaq vaxtı 6-7 yaşımda aktyor olmağa qərar verdim və bu istiqamətdə getdim. Məktəbi bitirdim, İncəsənət Universitetinə qəbul olundum. Qırmızı diplomla bitirdim. Universiteti bitirdikdən sonra 1991-ci ildə Gənclər Teatrında işlədim” - deyə aktyor danışıb.

Elman Rəfiyev Pantomima Teatrının yaranma tarixindən də söz açıb. Qeyd edib ki, 1994-cü ildə Azərbaycanda ilk Pantomima Teatrı yaradılıb.

“1994-cü ildən bu teatrda çalışıram. Mən teatrın aktyoru və direktoruyam. 2012-ci ildə "Əməkdar artist" fəxri adına layiq görüldüm” - deyə Elman Rəfiyev əlavə edib.

Aktyor, Pantomima Teatrı haqqında Türkiyəli oxucuları məlumatlandırıb. O, qeyd edib ki, qədim pantomim sənəti istənilən hərəkət - üz mimikası, əl-qol və müxtəlif bədən hərəkətləri və bədən dili ilə hadisəni təsvir etmək deməkdir.

“İbtidai icmaya baxanda görürsən ki, o dövrdə yaşayan insanlar danışıq dili olmadığı üçün bir-biri ilə mimika ilə danışırdılar. Ova getməzdən əvvəl ovunu pantomima ilə təsvir edir, danışırdılar. Əslində, klassik Pantomima Teatrı Fransada yaradılıb. Fransadakı Teatrda hamı ayağa qalxıb səhnədə danışırdı və pantomima sənətinin böyük öncülərindən olan Eten Dekrü “Elə bir teatr quraq ki, həm hərəkət, həm də mimika bir yerdə olsun”. Onun iki tələbəsi var idi. Jan Lui Barro və Marsel Marso, sənətin incəliklərini öyrədirdilər. Lakin onların arasında Marsel Marso bu hərəkətləri gördü. Ən qısa zamanda tamaşaçılar qarşısında səhnələşdirdi və Pantomima Teatrı deyiləndə yada Marsel Marso düşür” - deyə aktyor əlavə edib.

Elman Rəfiyev, gələcəklə bağlı arzusunu da dilə gətirib. O, bildirib ki, Türkiyədən film təklifi gəlsə, məmnuniyyətlə qəbul edər: “Çünki arzularımdan biri də Türkiyə filmlərində rol almaqdır. Mən rus filmlərindən birində oynamaq arzusunda idim. Müslüm Maqomayev haqqında film çəkilib. Rus kanalı idi. Mən də orada bir epizodda iştirak etdim. Mən çox xoşbəxtəm. Bu yaxınlarda Türkiyədən belə bir təklif gəldi. Təəssüf ki, qəbul edə bilmədim. Çünki Azərbaycanda bir serialdan təklif aldım və müqaviləni bağladım. Müqavilə imzalandıqdan sonra Oktay Kaynarcanın yeni "Mən bu cahana sığmazam" serialı üçün Türkiyədən təklif gəlib. Türkiyədən belə bir təklif gəlsə, dəyərləndirib qəbul edəcəm. İnşallah Türkiyədə menecerim Elşad Hakverdi ilə yaxşı layihələrdə iştirak edəcəm” - deyə əməkdar artist əlavə edib

Əməkdar artist Elman Rəfiyev bildirib ki, Ankarada və İstanbulda sənətçi dostları var. Onlarla əlaqə saxlayır. Ankarada bir çox festivallarda iştirak etdiyini deyən aktyor, orada da çoxlu dostlar qazandığını etiraf edib.

“Türkiyədə film sektoru çox inkişaf edib. Onları izləmək böyük zövqdür. Onların da teatrları çox inkişaf edib. Teatrla kinonu müqayisə etsəm, Türkiyədə kino sənayesi daha çox inkişaf edib. Türkiyədə hər hansı bir film və ya serial layihəsində rol almağı çox istərdim” - deyə əməkdar artist qeyd edib.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »