Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna Krımı vurdu, Rusiya vətəndaşları qaçmağa başladılar - Video
Ukrayna Krımı vurdu, Rusiya vətəndaşları qaçmağa başladılar - Video

Kreml Krımda hərbi aerodromun vurulmasına görə çox sarsılıb. Rusiya hakimiyyəti konkret açıqlama verməyə tələsmir. Çünki Moskva baş verənləri özü üçün rüsvayçılıq sayır. Kiyev isə çox cəsarətlənib. Ukrayna Prezidenti Volodimir Zelenski Krımı geri qaytarmaq barədə daha uca səslə danışmağa başlayıb.

Bizimyol.info xəbər verir ki, Ukrayna silahlı qüvvələrinin Novofyodorovkadakı aerodroma həmləsi Krımda dincələn rusiyalıları qorxuya salıb. Onlar kütləvi şəkildə yarımadadan qaçırlar. Ukrayna mətbuatı yazır ki, Krıma istirahətə gəlmiş rusiyalı turistlər buranı mümkün qədər tez tərk etməyə çalışırlar. Kerç boğazındakı körpüdə kilometrlərlə uzanan tıxac yaranıb. Sosial mediada bununla bağlı müxtəlif videolara rast gəlmək mümkündür. Rusiyalı turistlər çox həyəcanlı görünürlər. Buna baxmayaraq, istirahətin pozulmasına görə çox məyus olublar. Rusiyalı qadın ağlayaraq deyir ki, Aluşta çox xoşuna gəlmişdi, belə yeri qoyub getməyi heç istəməzdi: “Hər şey elə gözəl idi ki... Elə bil öz evimdəydim. Adamın ruhu dincəlirdi”.

Krım körpüsünə doğru irəliləyən avtomobillərdən birinin sürücüsü azı yarım saatdır tıxacda gözlədiyini, addım-addım getdiklərini deyir. Başqa bir sürücü səhər yeməyindən dərhal sonra yola çıxdıqlarını bildirir. Saatlardır Krımı tərk etməyə cəhd göstərirlər. Federal trassda avtomobil sırasının ucu-bucağı görünmür.

Rusiyanın yeganə açıqlaması odur ki, Novofyodorovkadakı aerodromda hərbi silah ehtiyatları diqqətsizlik nəticəsində partlayıb. Ukrayna tərəfi məsuliyyəti birbaşa üzərinə götürmür. Bununla belə, Kiyev aerodroma zərbə endirdiyini də inkar etmir.

Hələ də itkilər barədə dəqiq məlumat yoxdur. Ukrayna mənbələri ölənlərin olduğunu vurğulayır. Hadisə baş verən kimi 1 nəfərin həlak olduğu bildirilirdi.

Rusiya Krımın ilhaqını 2014-cü ildə həyata keçirmişdi. Onda Ukrayna müqavimət göstərmək iqtidarında olmadığını ortaya qoymuşdu. İndi isə Kiyev müharibənin tam bitməsi üçün Krımı geri qaytarmağın vacibliyindən danışır. Hiss olunur ki, Ukrayna yarımada üçün bütün gücünü ortaya qoymağa hazırdır.

Zelenski son açıqlamasımnda bildirib ki, müharibə Krımın geri qaytarılması ilə başa çatacaq.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »