Səudiyyə Ərəbistanının tanınmış diplomatı Məhəmməd əl-Qahtani Misirdə keçirilən konfransda dünyasını dəyişib.
Bizimyol.info xəbər verir ki, onun ölüm videosu da paylaşıb. Diplomatı xilas etmək mümkün olmayıb. O, huşunu itirməyə başlayıb və çıxışı zamanı yıxılıb.
Rusiya mətbuatının məlumatına görə, Əl -Qahtani ölməmişdən əvvəl “Harada olursunuzsa olun, ölüm sizi yaxalayacaq” deyərək, canını tapşırıb. Bəzi KİV-lərin fikrincə isə, diplomat son nəfəsində BƏƏ və Səudiyyə Ərəbistanı liderlərinə hörmət etdiyini bildirib.
Xatırladaq ki, avqustun 9-da Myanmanın Çindəki səfiri U Myo Than Pe Çinin Kunminq şəhərində naməlum səbəbdən dünyasını dəyişib. Rəsmi sənədlərdə səfirin hansı səbəbdən öldüyü göstərilməsə də, Myanmanın Pekindəki diplomatik korpusu, eləcə də bir sıra Çin KİV-ləri ölüm səbəbi kimi ürək tutmasını göstərirlər.
Vu Myo Tanq Pe 2021-ci ildən bəri Çində vəfat edən dördüncü səfirdir.
Avqustun 4-də Serbiyanın Rusiyadakı diplomatik missiyasının rəhbəri Miroslav Lazanski vəfat edib. Mərhumun 70 yaşı var idi. O, yüksək diplomatik vəzifəyə başlamazdan əvvəl hakim partiyadan Serbiya parlamentinin üzvü olub, bundan əvvəl isə jurnalist kimi fəaliyyət göstərib. Lazanski bir neçə kitabın müəllifidir. O, 90-cı illərdə Yuqoslaviya müharibəsini işıqlandırıb və bu mövzuda bir neçə kitab yazıb. Dövlət qulluqçusu kimi o, Serbiya və Balkan ölkələrinin əsas idarərində müntəzəm olaraq çalışıb. Onun öz evində öldüyü qeyd edilib.
İlahin, Bizimyol.info