Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avtomobil almağı düşünənlərin nəzərinə: Bahalaşma gözlənilir
Avtomobil almağı düşünənlərin nəzərinə: Bahalaşma gözlənilir

Son zamanlar Azərbaycanda Çin avtomobil brendlərinə maraq yaranıb. Belə ki, hazırda ölkə avtomobil bazarında Çin avtomobil markalarının sayı həddindən artıq çoxdur.

Avtomobil bazarında satılan 47 minik avtomobil brendinin 16-sı Çin markalarının payına düşür. Ölkəmizdə Çin brendlərindən Changan, Baic, MG, Haima, Geely, Chery, Haval və digər avtomobil markaları satılır.

“Çinin avtomobil sənayesi son illər ərzində çox inkişaf edib. Bunun inkişaf etməsinin səbəblərindən biri ondan ibarətdir ki, dünyanın aparıcı avtomobil sənayesi istehsalçıları ehtiyat hissələrinin istehsalını Çində həyata keçirirdilər. Çin artıq özündə ehtiyat hissələrinin istehsalını artırandan sonra öz avtomobil sənayesini inkişaf etdirməyə başladı”.

Bu barədə Bizimyol.info xəbər portalına nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfər danışıb.

Onun sözlərinə görə, bu gün Çində istehsal olan avtomobillər dünyanın bütün ölkələrinə ixrac olunur. O cümlədən Azərbaycana da bu avtomobillər gətirilir. Ekspert qeyd edib ki, Çin istehsalı avtomobillərə maraq böyükdür.

“Bu son ildə Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan sonra Rusiyanın avtomobil sənayesi demək olar ki, çöküb. Bu fürsətdən yararlanan Çin avtomobil sənayesi artıq Rusiya avtomobili idxal olunan ölkələrin bazarlarında Rusiya avtomobillərinin yerini tutub. Çin avtomobillərinin cəlbedici olmasında əsas səbəblər onun qiymətinin münasib olması və dizayn baxımdan cəlbedici olmasıdır”,- deyə ekspert bildirib.

O, həmçinin vurğulayıb ki, Çin avtomobillərinin bazarda artması bazar qiymətlərinin yüksəlməsinə və ya enməsinə təsir etmir. Çünki əmtəə olaraq o avtomobillərin də müəyyən qiyməti var.

E.Cəfər vurğulayıb ki, hal-hazırda Azərbaycanın avtomobil bazarında fəallıq azalıb.

“İyul-avqust aylarında adətən, Azərbaycanın avtomobil bazarında bir qədər fəallıq azalır. Bu da mövsümlə əlaqədardır. Payız aylarında bu fəallıq daha da artacaq. Qeyd etmək lazımdır ki, payız aylarında ölkəyə idxal olunan yeni avtomobillərin qiymətində 2 faiz artım ola bilər. Bu isə, bizim ölkə ilə bağlı deyil. Qlobal bir prossesdir. Payızda avtomobil istehsalçıları ehtiyat hissələrinin bahalaşması və digər xidmətlərin yüksəlməsilə bağlı avtomobillərin qiymətini 2 faiz civarında yüksəldəcəklər. Yəni avtomobil almaq fikri olanlar bunu bu gün etsələr, daha yaxşı olar”,- deyə o bildirib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »