Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Özbək diaspor təşkilatı müharibəyə çağırdı, səfirlik xəbərdarlıq etdi
Özbək diaspor təşkilatı müharibəyə çağırdı, səfirlik xəbərdarlıq etdi

Rusiyanın Perm vilayətində yaşayan özbək diasporunun liderləri Ukraynada müharibəyə getmək üçün könüllülərdən ibarət batalyon yaratmağa çağırıblar.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, Özbəkistanın Rusiya Federasiyasındakı səfirliyi isə bunu etməməyi tövsiyə edib. Bildirilib ki, ölkə qanunlarına görə, muzdlular cinayət məsuliyyətinə cəlb olunacaqlar.

Qeyd edək ki,  Perm diyarının “Mərkəzi Asiya Özbəkləri Cəmiyyəti” regional ictimai təşkilatının idarə heyətinin sədri Dunyagir Calolov könüllülərdən ibarət batalyon yaratmaq çağırışı edib.

Onun sözlərinə görə, Özbəkistan vətəndaşları “yediyimiz çörəyi doğrultmaq” üçün Ukraynanın işğalını dəstəkləməli və müharibədə iştirak etməlidirlər, çünki onlar Rusiyada yaşayır və işləyirlər.

Bundan sonra Özbəkistanın Rusiyadakı səfirliyi müharibədə başqa dövlətin tərəfində iştiraka görə cinayət məsuliyyəti barədə xəbərdarlıq edib. Və özbəkləri təxribata uyğmamağa çağırıb.

Səfirlikdən bildirilib ki,  ölkələrin qanunlarına görə, xarici dövlətlərin ərazilərində silahlı münaqişə və ya döyüş əməliyyatlarında iştirak etmək cinayət məsuliyyəti yaradır.  Bu səbəbdən də onlar xəbərdarlq ediblər ki,  döyüşə gedən bütün şəxslər məsuliyyətə cəlb olunacaqlar.

Xatırladaq ki, avqustun 8-də Rusiya nəşrlərinin yazdığına görə, Rusiyada Ukraynada müharibə üçün “könüllü” adlandırılan dəstələr yaradılıb.

Belə ki, artıq 20 rayonda 40 belə bölmə yaradılıb.

"Bölmələr haqqında məlumatlar KİV-də və hakimiyyət orqanlarının sosial şəbəkələrində dərc olunur. Eyni zamanda onlar ərazi mənsubiyyətini göstərən bu və ya digər şəkildə xüsusi adlar alırlar. Bir qayda olaraq, bu bölmələrə ərazi mənsubiyyətini göstərən rayon sakinləri də daxildir. Onlar formalaşır, birlikdə təlim və döyüş koordinasiyasından keçirlər”,- deyə bildirilib.

"Könüllülər" Rusiya Federasiyasının Müdafiə Nazirliyi ilə bir neçə ay müddətinə müqavilələr imzalayır və rəsmi olaraq müqaviləli əsgər olurlar.

Müharibədə iştirak üçün vəd edilən ödənişlər konkret bölgədən asılıdır – 130-300 min rubl  (3654–8433 manat) arasında dəyişir.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »