Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Polşa sərhəddə hasar tikir, Belarus isə xəlvətcə sökür
Polşa sərhəddə hasar tikir, Belarus isə xəlvətcə sökür

Polşanın sərhəd xidməti bildirib ki, Belarus rəsmiləri sərhəddə yeni tikilmiş hasarın dağıdılması üçün xüsusi alətlərdən istifadə edir.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki,  bunu Sərhəd Xidmətinin spikeri Anna Mixalska deyib. Bildirilib ki, Polşa əsasən Yaxın Şərqdən olan və Belarusdan Avropa İttifaqına Polşa sərhədini keçməyə cəhd edən minlərlə miqrantın səbəb olduğu keçənilki böhrana cavab olaraq  Polşa-Belarus sərhədində 186 kilometrlik hasarın tikintisini başa çatdırıb.

Beş metrlik polad arakəsmə divarından əlavə, ümumilikdə 202 kilometr məsafəni qoruyan elektron nəzarət sistemləri quraşdırılıb.

"Polşa tərəfində saxlanılan miqrantların ifadəsindən belə çıxır ki, Belarus rəsmiləri nəinki miqrantları sərhədə gətirir, həm də onlara təhlükəsizlik tədbirlərindən yan keçmələrinə kömək etməyə çalışır",-  deyə Mixalska bildirib.

Miqrantların sözlərinə görə, onlar sərhədə çatdıqdan sonra yaxınlıqdakı kolluqlarda qalıblar, belarus hərbçiləri isə xüsusi alətlərin köməyi ilə hasarı dağıdıblar. Eyni zamanda xüsusi əlcəklər və digər alətlərdən istifadə edilib.

"Belarus xidmətləri iki-beş nəfərdən ibarət qrupların belə keçiddən keçməsinə icazə verir və yalnız bataqlıq ərazilərdə bir neçə böyük qrupun keçməsinə icazə verilir",- deyə Sərhəd Mühafizə Xidmətinin nümayəndəsi bildirib.

M.Mixalskanın sözlərinə görə, ümumilikdə Polşa-Belarus sərhədini qanunsuz keçməyə cəhdlərin sayı son zamanlar fiziki maneə səbəbindən dəfələrlə azalıb. Bekə ki, bu rəqəm 800-dən 80 cəhdə qədər azalıb.

Qeyd edək ki,  Belarusla Polşa arasında yanvarın 25-də dövlət sərhədində hasarların - fiziki maneənin tikintisinə başlanılıb. Altı aylıq işdən sonra Belarusla sərhəddə 5 metrlik hasarın tikintisi başa çatıb. Hasarın uzunluğu 186,25 km-dir və 49 ton polad istifadə edilib.

Qeyd edək ki, Vladimir Putinin "əlaltısı" kimi tanınan Belarus prezidenti Aleksandr Lukaşenko Ukraynaya qarşı müharibəyə birbaşa qoşulmağa cəsarət etməsə də, Rusiyaya hər vasitə ilə kömək etməyə çalışır. Rusiyanın məğlubiyyəti Lukaşenkonun da sonu demək olacaq. Polşaya qaçqınların keçirilməsini də Lukaşenko qəsdən həyata keçirir - bu yolla Avropada miqrant böhranı yaratmaq istəyirlər.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »