Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyanın sıravi vətəndaşları da dünyadan təcrid ediləcək
Rusiyanın sıravi vətəndaşları da dünyadan təcrid ediləcək

Fevralın 24-də Rusiya ilə Ukrayna arasında başlayan müharibə hələ də davam edir. Müharibənin davam etdiyi vaxtda Estoniya və Finlandiyadan diqqətəlayiq açıqlama gəlib.

Bizimyol.info xəbər verir ki, Rusiyanın Ukraynaya hücumu ilə NATO-ya daxil olmaq cəhdlərini sürətləndirən Finlandiyanın baş naziri Sanna Marin dövlət televiziyası YLE-yə danışıb. O, açıqlaması zamanı bildirib:

“Rusiya Ukraynaya hücum həyata keçirdikdən və Avropaya qarşı müharibəyə başladıqdan sonra Rusiya vətəndaşlarının heç nə olmamış kimi normal yaşaması, Avropaya getməsi və turist kimi səfərlər etməsi düzgün deyil”.

Marindən sonra Estoniyanın baş naziri Kaja Kallas da mövzu ilə bağlı açıqlamalar verib. Şəxsi Tvitter hesabında paylaşım edən Kallas “Avropaya səfər etmək insan hüququ deyil, imtiyazdır. Rusiya ilə turizm dərhal dayandırılmalıdır”,- deyə qeyd edib.

Xatırladaq ki, Rusiya ilə həmsərhəd olan Estoniya və Finlandiya daha əvvəl də Rusiya vətəndaşlarının səfərlərinin əleyhinə olduqlarını bəyan etmişdilər.

Onu da əlavə edək ki, Rusiyadan hava yolu ilə AB-yə daxil olmaq qadağan olunsa da, bir çox Rusiya vətəndaşları bu iki ölkəyə quru sərhədləri vasitəsilə keçdikdən sonra digər AB ölkələrinə təyyarə ilə daxil ola bilirlər.

Bie neçə gün əvvəl Ukrayna prezidenti Vladimir Zelenski də dünya birliyinə müraciət edərək Rusiya vətəndaşları üçün sərhədləri bağlamağı istəmişdi. Zelenskinin fikrincə, Rusiya xalqı öz ölkəsinə qapanıb tək qalmalıdır.

Qeyd edək ki, müharibənin əvvəllərində Rusiyada insanların Vladimir Putini müdafiə etmədiyi deyilirdi. Amma zaman-zaman bəlli oldu ki, Rusiya xalqı fəal şəkildə Putini və onun başlatdığı müharibəni müdafiə edir, Ukrayna xalqına qarşı nifrət püskürür. Bundan sonra dünyada artıq Rusiya vətəndaşlarına münasibət dəyişməyə  və getdikcə onların təsrid olunması istiqamətində tədbirlər görülməyə başlayıb. Avropada ictimai yerlərdə də artıq Rusiya vətəndaşlarına qarşı neqativ münasibət sərgilənir, bəzən onlar ictimai yerlərə buraxılmırlar.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »