Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"NATO-nu dağıtmaq istəyirdilər, əvəzində Finlandiyanın üzvülüyünü gördülər"
"NATO-nu dağıtmaq istəyirdilər, əvəzində Finlandiyanın üzvülüyünü gördülər"

ABŞ prezidenti Co Bayden Finlandiya və İsveçin NATO-ya daxil olmasını təsdiq edən sənədləri imzalayıb.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, imzalanma mərasimi Ağ Evin saytında yayımlanıb.

Qeyd edək ki, bu ölkələrin üzvlüyünün tam ratifikasiyası üçün Şimali Atlantika Alyansına üzv olan bütün ölkələrin müvafiq sənədləri milli səviyyədə təsdiqləmələri zəruridir.

"Bu addım Avropanı və bütün dünyanı daha təhlükəsiz edəcək. Müttəfiqlərimizlə birlikdə biz özümüz görmək istədiyimiz gələcəyi formalaşdıracağıq",- deyə ABŞ prezidenti bildirib.

Bayden vurğulayıb ki, Rusiya NATO-nu zəiflətməyə ümid edirdi. “Onlar NATO-nu dağıtmaq istəyirdilər. Lakin əvəzində qarşılarında Finlandiyanın NATO-ya üzvülüyünü gördülər”,- deyə o əlavə edib.

Xatırladaq ki, ötən həftə ABŞ Konqresinin Senatı Finlandiya və İsveçin NATO üzvlüyünün ratifikasiyasına səs verib. Səsvermə zamanı 95 nəfər lehinə, bir nəfər əleyhinə səs vermişdi.

Finlandiyanın birpalatalı parlamentinin üzvü, keçmiş xarici işlər naziri Erkki Tuomioja Finlandiya və İsveçin NATO-ya daxil olma şərtlərini açıqlayıb. Onun fikrincə, ölkələr 2023-cü ilin iyunundan gec olmayaraq, alyansın bir hissəsi olmalıdır.

“2022-ci ilin iyun ayında verdiyimiz qiymətləndirməyə əsasən, Finlandiya və İsveçin NATO-ya üzvlüyü ilə bağlı protokolların ratifikasiya prosesi dörd aydan 12 aya qədər davam edəcək. Mən hələ də bu dövrün kifayət qədər dəqiq olduğuna inanıram”,- deyə Finlandiya Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri vurğulayıb.

O, əlavə edib ki, NATO-nun hərbi bazasının və ya nüvə silahının onun ərazisində yerləşdirilməsi “Finlandiyanın suveren hüququ olaraq qalacaq”.

Onun sözlərinə görə, Norveçdə olduğu kimi Finlandiyada da belə hərəkətlərə yol verilməməsi ilə bağlı razılıq var.

“Mövcud qanunvericiliyimiz Finlandiyaya nüvə silahının idxalını qadağan edir və mən düşünmürəm ki, hərbi bazalar və ya bu cür silahlar bizim təhlükəsizlik maraqlarımıza xidmət edə bilər”,- deyə Tuomioja əlavə edib.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »