Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda beş ildən sonra yenidən Çempionlar Liqasının himni səslənəcək
Bakıda beş ildən sonra yenidən Çempionlar Liqasının himni səslənəcək

Bakıda beş ildən sonra yenidən UEFA Çempionlar Liqasının himni səslənəcək.

"Report"un məlumatına görə, bu, "Qarabağ"ın qitənin bir nömrəli klub turnirində pley-offa yüksəlməsi sayəsində gerçəkləşəcək.

III təsnifat mərhələsinin ilk qarşılaşmasında Bakıda Macarıstan "Ferenstvaroş"u ilə 1:1 hesablı heç-heçə edən "köhlən atlar" Budapeştdə rəqibinə qalib gəlib - 3:1.

Azərbaycan çempionu son olaraq 2017/2018 mövsümündə Çempionlar Liqasının pley-off mərhələsində iki oyunun nəticəsinə əsasən Danimarka "Kopenhagen"indən güclü olub - 1:0;1:2. Qurban Qurbanovun baş məşqçi olduğu komanda həmin mövsüm turnirin qrup mərhələsində mübarizə aparıb.

Qeyd edək ki, "Qarabağ" pley-offda Çexiyanın "Viktoriya" (Plzen) klubu ilə üz-üzə gələcək. Bu raundun ilk matçları 16-17 avqustda, cavab görüşləri 23-24 avqustda olacaq.

Son xəbərlər
Bütün xəbərlər »