Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Global istiləşməyə qarşı tədbirlər həyata keçirilməlidir"
"Global istiləşməyə qarşı tədbirlər həyata  keçirilməlidir"

Son dövrlərdə kəskin dərəcədə dəyişilən yağıntılara və temperatura təkcə mövsümi hava şəraiti deyil, digər qısamüddətli dövrlər də təsir göstərir. Məsələn, tropik Sakit Okeanın su sirkulyasiyasında iki ildən yeddi ilə qədər müddət ərzində dəyişikliklərə səbəb olur. Bu cür dalğalanmalar Perunun şimal sahillərində və ekvadorda dekabrdan fevral ayına qədər isti və çox rütubətli hava şəraitinə gətirib çıxarır.

Güclü vulkan püskürmələri sulfat turşusu hissəciklərinin stratosferə daxil olmasına səbəb olur ki, bu da günəş işığını qoruyur, iqlimi sərinləşdirir. Beləliklə, qlobal soyutma uzanır və intensivləşir.

Eramızın 539-540-cı illəri arasında El Salvadorda vulkanının püskürməsi 20 il davam edən iqlimin təxminən 2 °C soyumasına səbəb olmuşdur. 1991-ci ildə Filippində Pinatubo püskürməsi qlobal iqlimi 15 ay ərzində 0,6°C soyudu.

Rafik Verdiyev Rafik Verdiyev

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafik Verdiyev Bizimyol.info saytına açıqlamasında 1850 ci ilə qədər dünyada baş verən hadisələr təbii axarına baş verdiyini qeyd edir.

Həmin ildən başlayaraq sənayenin xüsusi inkşafı baş vermişdir. Xüsusən 20- ci əsr ərzində böyük sənayeləşmə dövrü kimi qeydə alınıb.

Eyni zamanda təhlükəli hidrometoloji hadisələrin baş verməsi və ampermetodun da yüksəlməsinə səbəb olur. Xüsusilə də 40 dərəcədən yüksək hava kütlələri, küləklərin artması get-gedə artmaqdadır. İqlim dəyişikliklərin özünə gəldikdə isə yaranmasının əsas səbəbi atmosferə buraxılan parnik qazlarının miqdarının artmasıdır ki, nəticədə də qloblar istiləşmə get-gedə özünü daha çox biruzə verməyə başlayır. Son on ildə temperatur 1,5 dərəcə artıb.

Ekoloq qeyd edib ki, temperaturun artması su resurslarına, quraq ərazilərə, kənd təsərrüfatı sahələrinə və s. mənfi təsir göstərir: Su ehtiyatlarımız 10-15 faiz azalıb. Biz gələcəkdə qlobal istiləşməyə uyğunlaşma tədbirlərini də həyata keçirməliyik. Sudan qənaətlə istifadə, alternativ su mənbələrindən yararlanmaq, suyun təmizlənməsi, təkrar istehlakı, kənd təsərrüfatında isti iqlimə uyğun bitki növlərinin seçilməsi kimi nüanslar diqqətə alınmalı və praktiki addımlar atılmalıdır

Heç olmasa temperaturu bu səviyyədə saxlamaq lazımdır ki daha da artmasın. Buna görə də dövlətlər beynəlxalq tədbirlərdə yığışıb öhdəlik götürüblər ki, öz ölkələrində sənayedə atmosferə buraxılan qazları tələb olunan miqdarda azaltsınlar.

Sənayeləşmə nəticəsində neft və qaz yataqlarının istifadə olunması təbiətdə təbii qazlardan əlavə olaraq süni qazlar yaratmışdır ki, bu da atmosferdəki qazların yığılmasına təsir edərək orda zərərsiz qazların həcminin artırılmasına təsir göstərmişdir. Bu qazlar əsasən karbon, metan, azot oksid kimi xlor tərkibli qazlar yığılmışdır. 1850 ci ildən başlayaraq müşahidələr aparmışdır və müqayisədə 1840 - və ildən bu yana atmosferdə tempratur artımı 1,5 dərəcəyə qədər artım olduğunun şahidi olmuşdur. Bununla bağlı 1990-cı ildən başlayaraq temperaturun aşağı salması üçün konvensiya bağlanmış və tədbirlər görülmüşdür. Global istiləşmə nəyə təsir edir? İlk olaraq dağlarda olan qarın əriməsi, Antarktida və Arktikada olan buzlaqların üst təbəqələrin əriməsi,hansı ki dünyanın barometri sayılır, tempratur tənzimləyir və elmi nəticələr onların sürətlə əridiyini aşkara çıxarmışdır. Bu su səviyyələrinə azalmasına və atmosfer yağıntıların az düşməsinə səbəb olur. Normal halda atmosfer yağıntıları ildə bir metr təşkil edir.

2020 və 2021 -ci il BMT min açıqlamasına görə karbon dioksidin həcmi 450 PPM -ə çatmışdır. Hansı ki normalda bu 250/280 PPM olurdu .Bunula bağlı su mənbələri azalmış, daha çox quraqlıqlar yaranmış, isti hava kütlələri çoxalmışdır. Dünyada baş verən hadisələrini izləyən hər bir insan görür ki, fevral ayında havanın isti keçməsi, mart ayının soyuq keçməsi, iyun ayının sərin keçməsi baxmayaraq ki, ən isti aylardan biri olmalı idi və digər ayların sərin keçməsi ,aylarının yerlərin dəyişməsi gələcəkdə təbiət üçün ciddi fəsadlara yol aça biləcəyindən xəbər verir. Həmçinin yer kürəsinin Ağciyərləri adlandırılan Amazon meşələrin 50 faizini qırılmışdır və ümumi meşə ehtiyatları azalmaqda davam edir. Azərbaycanda yaşıllıqlar ümumi ərazinin 12/13 faizini təşkil edir, ümumi dünya üzrə normal rəqəmi 25/30 faiz göstərməli idi. Yaşıllıq həddi 1900 -ci ilin əvvələrində 30/35 faizi təşkil etdiyi halda, kütləvi meşə qırılmalar nəticəsində vəziyyət hazırki duruma gətirib çıxarmışdır. Yaşıllıqların əsas rol mikro iqlimi müəyyən etməkdir.

BMT -nin İqlim dəyişmələri üzrə konfransı 1992 ci ildə Rio de Janeyroda keçirilərək çərçivə konvensiyası qəbul edilmişdir. Ölkələr İEQ(istilik effemti yaradan qazlar) müəyyən olunmuşdur. Dünyanın iri dövlətləri bu qazları aşağı salmaq üçün öhdəlik götürüblər. 2015 də Parisdə keçirilən konfransda 2030 cu ilə qədər 50% azalma nəzərdə tutulub.

Azərbaycanda öhdəlikləri 1990 cu illə müqayisədə 35% azalma nəzərdə tutulur.

Havar

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »