Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Medvedevin "sərxoş" hərəkəti sosial şəbəkələri "partlatdı" - Foto
Medvedevin "sərxoş" hərəkəti sosial şəbəkələri "partlatdı" - Foto

Rusiyanın keçmiş prezidenti Dmitri Medvedev müharibə dövründə özünü dövlət məmuru obrazına heç adekvat aparmadı. Təhlükəsizlik Şurasının sədr müavini sosial mediada çox aqressiv görünür. Alternativ media onun alkoqolizmdən əziyyət çəkdiyini, yazıları hesablarında sərxoş halda yerləşdirdiyini yazır. Üstəlik, həyat yoldaşının bütün bunlara görə onu atdığı bildirilir.

Bizimyol.info xəbər verir ki, Medvedev yenə gülüş obyektinə çevrilib. Deyəsən, Orenburq vilayətinə səfəri zamanı da Təhlükəsizlik Şurasının sədr müavini sərxoş olub. Kreml rəsmisi rusiyalı minomyotçuların təlimini bağlı binoklla izləyib. Fotolarda bunu açıq-aşkar görmək olar. Hətta hərbçilərdən biri Medvedevin hərəkətinə təəccübünü gizlədə bilmir. Binoklun gözlük hissəsindəki qapaqlar tam açılmayıb. Bu halda təlimi izləmək qətiyyən mümkün deyildi. Amma sədr müavini özünü elə aparır ki, sanki hər şey qaydasındadır.

Sosial şəbəkələrdə Medvedev istehza obyektinə çevrilib. Bir istifadəçi onun "Rusiyanın gələcəyinə" baxdığını yazıb və şərh böyük populyarlıq qazanıb.

Dmitri Medvedevi sanksiyalar çox özündən çıxarır. Oğlu İlya Medvedevin də adının ümumi siyahıda yer alması keçmiş prezidentə pis təsir edir. Mətbuatın yazdığına görə, sanksiyaya məruz qalmaq Kreml rəsmisinin övladını çox sarsıdıb. İlya Medvedev rəqəmsal texnologiyalar sahəsində biznes qurmuşdu. İlin böyük hissəsini ABŞ-da keçirirdi. Amma adının sanksiyalar siyahısına düşməsi vəziyyəti kökündən dəyişdi. İlya Medvedev vətənə qayıtmalı oldu. Buna görə ailədə gərglinlik yaşandığı bildirilir. Dmitri Medvedev sosial mediadakı yazılarında təhqirə belə keçməkdən çəkinmir.

Dmitri Medvedev bağlı binoklla baxır Dmitri Medvedev bağlı binoklla baxır

Dmitri Medvedev 2008-2012-ci illərdə Rusiya Federasiyasının Prezidenti olub. Onu daha çox Vladimir Putinin kölgəsi kimi tanıdırlar. Çünki siyasi aləmdə həmin 4 ildə ölkəni məhz Putinin idarə etdiyinə heç kimin şübhəsi yoxdur. Sadəcə, konstitusiya üçüncü dəfə ardıcıl dövlət başçısı seçilməyə mane olurdu. Medvedev bir növ Putini xilas etməyə gəlmişdi. Putin dostunun bu xidmətini unutmur. Yanvarın 16-da Təhlükəsizlik Şurasının sədr müavini postu təsis olunub. Medvedev missiyası məlum olmayan vəzifəni tutur. Onu minomyotçuların təlimində görmək də təəccüblüdür.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »