Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Avropa ölkələri rekord həcmdə Rusiya nefti alır"
"Avropa ölkələri rekord həcmdə Rusiya nefti alır"

Baltik və Qara dənizlərdəki ixrac terminallarından İtaliyadakı neftayırma zavodlarına xam neft tədarükləri son yeddi həftənin ən yüksək səviyyəsinə yüksəlib, Türkiyəyə tədarük isə altı həftənin ən yüksək həddi olub.

Bizimyol.info xəbər verir ki, bu barədə avqustun 9-da Bloomberg məlumat yayıb. Məlumatda qeyd eidlir ki, bir sıra Avropa ölkələri neftin alınmasına qismən qadağanın tezliklə qüvvəyə minəcəyini bilərək rekord həcmdə Rusiya nefti alır.

Bloomberg tərəfindən aparılan gəmi izləmə məlumatlarına görə, Rusiya hər gün dəniz yolu ilə orta hesabla təxminən 500.000 barel xam neft ixrac edir. Bu isə Rusiyanın Ukraynaya tammiqyaslı işğalından sonra qeydə alınan rəqəmdən aşağıdır. Buna baxmayaraq, son dörd həftə ərzində gündəlik həcm artıb.

Rusiya xam neftinin Asiyaya orta axını aprel və may aylarında gündəlik 2,1 milyon barel olub. İndi isə, bu 1,75 milyon barreldir. Aİ ölkələrinə tədarüklər gündə 1,38 milyon barellə beş həftənin ən yüksək səviyyəsinə yüksəlib. Amma bu rəqəm işğaldan bir gün əvvəl olan səviyyədən (1,85 milyon barel) aşağıdır.

Bir müddət əvvəl isə, məlum olub ki, Rusiya neft embarqosundan yan keçməyin yolunu tapıb. Belə ki, Rusiya Misirin Əl-Hamra terminalında enerji daşıyıcısı göndərir

Xatırladaq ki, mayın 31-də Aİ üzvləri Rusiya Federasiyasına qarşı Rusiya üçün qismən neft embarqosunu, həmçinin Sberbank-ın Swift sistemindən ayrılmasını nəzərdə tutan altıncı sanksiyalar paketini qəbul ediblər.

Qeyd edək ki, sanksiyalar “Drujba” kəməri ilə Macarıstana neft tədarükünə şamil edilmir.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »