Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rusiya vətəndaşları üçün bütün sərhədlər bağlanmalıdır"
"Rusiya vətəndaşları üçün bütün sərhədlər bağlanmalıdır"

Ukrayna prezidenti Vladimir Zelenskinin bildirib ki, Qərb tərəfdaşları Rusiyanın Ukrayna ərazisini ilhaq etmək planlarından çəkindirmək üçün Rusiya vətəndaşlarının ölkələrinə girişinə qadağa qoymalıdırlar. Onun fikrincə, Rusiya vətəndaşları üçün vütün sərhədlər bağlanmalıdır

Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, Zelenski bu barədə Amerikanın “The Washington Post” qəzetinə müsahibəsində deyib.

"Ən mühüm sanksiyalar sərhədlərin bağlanmasıdır - çünki Rusiy7a vətəndaşları başqasının torpağını əlindən alır. Onlar fəlsəfələrini dəyişənə qədər öz dünyalarında yaşamalıdırlar",- deyə Zelenski bildirib.

Prezident və digər ukraynalı siyasətçilər qərbli həmkarlarını Rusiyanı daha çox Ukrayna ərazisini ilhaq etmək planlarından çəkindirmək üçün sanksiyalar elan edilməsini tövsiyə edir.

Bir müddət əvvəl Zelenski qeyd edib ki, Rusiya işğal etdiyi Xerson və Zaporojye vilayətlərinin ərazilərində onların gələcəyi ilə bağlı referendum keçirməyi düşünsə, bu, Ukrayna ilə gələcək danışıqlar imkanlarını bağlayacaq.

Xatırladaq ki, Rusiya Federasiyası təkcə Ukraynanın cənubunda deyil, həm də Rusiyanın özünün “DXR və LNR dövlətləri” adlandırdığı Donetsk və Luqansk vilayətlərinin ərazisində də saxta “referendumlar” keçirməyi planlaşdırır.

“Bu yay fəslində hər həftə daha çox xəbərlər yayılır ki, işğalçılar dövlətimizin cənubunda işğal etdiyi ərazilərdə psevdoreferendumlara hazırlaşırlar... Əgər işğalçılar bu psevdoreferendumların yolu ilə gedirlərsə, deməli, nə vaxtsa Rusiya tərəfinə mütləq lazım olacaq, Ukrayna və azad dünya ilə danışıqların istənilən imkanını özləri üçün bağlayacaqlar”,- deyə prezident bildirib.

Eyni zamanda o, qeyd eidb ki, bu hadisələrin təşkilində iştirak edən bütün şəxslər Ukrayna ədliyyə sistemi tərəfindən cinayət məsuliyyətinə cəlb ediləcəklər.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »