Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ İvanişvilini hədələyibmi? - Rəsmi reaksiya
ABŞ İvanişvilini hədələyibmi? - Rəsmi reaksiya

ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan bildirib ki, hakim “Gürcü Arzusu” partiyasının təsisçisi, milyarder Bidzina İvanişvili ilə son görüşdə iş adamına qarşı mümkün sanksiyalar və ya ölkəni müharibəyə sürükləmək cəhdləri kimi qiymətləndirilə biləcək fikirlər müzakirə olunmayıb.

Bizimyol.info Gürcüstan mətbuatına istinadla xəbər verir ki, İvanişvili bir il yarım əvvəl siyasətdən getdiyini açıqlasa da, opponentlər onun ölkəni “pərdə arxasından” idarə etməkdə davam etdiyini iddia edirlər. Belə ki, o ötən ay Ukraynada müharibə başlayandan az sonra ABŞ səfirinin təşəbbüsü ilə görüş keçirdiklərini bildirib.

İvanişvili söhbətin məzmunu barədə heç nə deməyib. Eyni zamanda o, iddia edir ki, “müəyyən qüvvələr fəal şəkildə Gürcüstanı müharibəyə cəlb etməyə çalışırlar”.

Bu fonda ölkə daxilində cərəyan edən siyasi hadisələrə görə İsveçrənin “Credit Suisse” bankı onun hesablarını dondurub. Bundan əvvəl İvanişvilinin tərəfdaşları Deqnanı milyarderi “şantaj etməkdə” birbaşa ittiham etmişdilər.

“Bu görüşdə ABŞ-ın Gürcüstana sadiqliyi, fəaliyyətimizdə Gürcüstana çoxtərəfli dəstək göstərmək səylərimiz barədə danışmaq imkanımız da oldu. Deyə bilərəm ki, biz onun şəxsi maliyyə sövdələşmələrini, sanksiyalarını və ya şantaj və ya Gürcüstanı müharibəyə sürükləmək cəhdi kimi qiymətləndirilə biləcək hər hansı bir şeyi müzakirə etməmişik”,- deyə Deqnan müsahibəsində bildirib.

ABŞ səfiri əlavə edib ki, “diplomatiyanın qaydaları” ona şəxsi görüşlər haqqında məlumatı reklam etməyə imkan vermir. O, İvanişvilinin hərəkətlərini qiymətləndirməkdən yayınıb.

“Əslində diplomatların etdikləri məhz budur. Bizim vəzifəmiz ölkədə mümkün qədər çox müxtəlif nümayəndələrlə görüşməkdir”,- deyən Deqnan Bidzina İvanişvilinin oliqarx olub-olmaması sualına cavab verməyib.

O, bildirib ki, Birləşmiş Ştatlar onun və ya başqasının oliqarx olub-olmadığını deyə bilməz. Bunu gürcü xalqı müəyyən etməlidir.

ABŞ diplomatik missiyasının rəhbəri onu da diqqətə çatdırıb ki, Gürcüstanın Aİ-yə üzvlüyə namizəd statusu vermək üçün qəbul etməli olduğu deoliqarxizasiya qanunu konkret şəxslərə aid deyil.

Xatırladaq ki, iyun ayında Avropa Parlamenti İvanişviliyə qarşı sanksiyaların tətbiq edilməsini tələb edən qətnamə qəbul edib. Sənəddə o, Kremlə bağlı olan və Gürcüstanda demokratiyanın inkişafına mənfi təsir göstərən “oliqarx” adlandırılıb.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »