Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İran ya "hə" deməlidir, ya da "yox", sazişə düzəliş edilə bilməz"
"İran ya "hə" deməlidir, ya da "yox", sazişə düzəliş edilə bilməz"

İran, ABŞ və Aİ arasında İranın nüvə sazişinə qayıtmaq üçün danışıqlar aylar sonra avqustun 4-də Avstriyanın paytaxtı Vyanada bərpa edilib. Vyanada başa çatan dörd günlük dolayı danışıqlardan sonra Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell 2015-ci ildə İranın nüvə sazişini canlandırmaq üçün “yekun mətni” irəli sürdüyünü bəyan edib.

Bizimyol.info xəbər verir ki, Borrell bildirib: "Nə danışılıbsa, müzakirə olunub və indi yekun mətndədir. Ancaq hər texniki məsələnin və hər bəndin arxasında paytaxtlarda qəbul edilməli olan siyasi bir qərar var. Bu cavablar müsbət olarsa, bu müqaviləni imzalaya bilərik”.

Borrellin açıqlamasından əvvəl AB-nin yüksək rütbəli rəsmisi jurnalistlərə açıqlamasında 15 aydır müzakirə edilən mətnə əlavə dəyişiklik edilə bilməyəcəyini və ən çox bir neçə həftə ərzində tərəflərdən yekun qərar gözlədiklərini söyləyib: “Bu, təkliflər paketidir. Siz 20-ci səhifəyə və 50-ci səhifəyə qoşula bilməzsiniz. Hə və ya yox deməlisiniz”.

ABŞ Dövlət Departamentinin sözçüsü bildirib ki, ABŞ Aİ-nin təklifləri əsasında rəsmi olaraq Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) adlanan sazişin bərpası üçün tezliklə razılığa gəlməyə hazırdır.

Danışıqlar başa çatdıqdan sonra İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrellə telefon danışığı aparıb. Abdullahiyan Borrell ilə görüşündə İranın danışıqlar qrupunun razılığa gəlmək üçün qətiyyət və ciddiliklə Vyanada olduğunu vurğulayıb və deyib: “İran danışıqlar qrupu razılığa gəlmək üçün qətiyyət və ciddiliklə Vyanada idi və onlar konstruktiv fikirlər təklif etdilər. Bütün tərəflər razılaşmanın yekun nəticəsini əldə etmək üçün qətiyyət və ciddilik nümayiş etdirməlidir”.

Borrelin razılığa gəlmək səylərini tərifləyən Abdullahiyan "yekun razılaşma İran xalqının hüquq və maraqlarını təmin etməli və sanksiyaların daimi və effektiv şəkildə ləğvini təmin etməlidir",- deyə bildirib.

Borrell deyib: “İnanıram ki, danışıqların son raundunda nisbi irəliləyiş əldə olunub. Danışıqların bu mərhələsini dəyərləndirməyim müsbətdir. Biz koordinatorlar olaraq bütün tərəflər üçün yaxşı nəticə əldə etmək, fikirləri yaxınlaşdırmaq üçün səylərimizi davam etdirəcəyik”.

İran rəsmiləri isə İrandakı məsləhətləşmələrdən sonra “əlavə fikir və qiymətləndirmələrini” danışıqları koordinasiya edən Avropa Birliyinə göndərəcəklərini və AB-nin təkliflərini yekun hesab etmədiklərini bildiriblər.

Xatırladaq ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının beş daimi üzvü (İngiltərə, ABŞ, Çin, Fransa, Rusiya ), Almaniya və İran 2015-ci ildə İranın nüvə fəaliyyətlərinə nəzarəti özündə ehtiva edən “Əhatəli Birgə Fəaliyyət Planı” adlı saziş imzalayıblar. ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2018-ci ildə birtərəfli qaydada sazişdən çıxıb və İran administrasiyası nüvə fəaliyyətini əvvəlki razılaşmaya qaytarıb. Bunun üzərinə ABŞ rəhbərliyi İranı ağır iqtisadi sanksiyalarla hədəfə alıb.

Onu da əlavə edək ki, İran, Fransa, Rusiya, Çin, İngiltərə və Almaniya arasında nüvə sazişinə qayıtmaq üçün 2021-ci ilin aprelində Avstriyanın paytaxtı Vyanada danışıqlara başlanılıb. ABŞ prezidenti Co Bayden 2021-ci ilin noyabrında vəzifəyə gəldikdən sonra ABŞ-ın razılaşmaya qayıtması üçün danışıqlar gedirdi, lakin keçən mart ayında danışıqlar müxtəlif səbəblərdən dayandırıldı.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »