Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yunanıstan qalmaqalla çalxalanır: Hökumətin planları puç oldu
Yunanıstan qalmaqalla çalxalanır: Hökumətin planları puç oldu

Yunanıstan günlərdir ki, "telefon dinləmə" qalmaqalı ilə çalxalanır.

Bizimyol.info xəbər verir ki, cümə günü ortaya çıxan qalmaqal Afinada şok effekti yaradıb. Qalmaqal Kiriakos Mitsotakisin qardaşı oğluna qədər uzanıb və Yunan mətbuatı hadisəni "böyük siyasi qalmaqal" kimi qiymətləndirib.

Baş nazir Kiriakos Mitsotakisin ilk reaksiyası Androulakisdən üzr istəməsi olub. Ancaq deyəsən, nə üzrxahlıq, nə də “telefon dinləmələri mənim xəbərim olmadan aparılıb. Bu heç vaxt məqbul bir vəziyyət deyil” sözləri Mitsotakis üçün yetərli olmaya bilər. Çünki son hadisələr hakim YDP-nin “2023-cü il seçkilərini daha erkən tarixə çəkmək” planlarını geri çəkməsinə səbəb ola bilər.

Yunanıstanda telefon dinləmələri qalmaqalının 2023-cü ilin iyununda keçirilməsi gözlənilən ümumi seçkilərə nə dərəcədə təsir edəcəyi artıq müzakirə olunur.

Yeni seçki qanununa əsasən, 2023-cü ilin iyununda seçkilər proporsional seçki sistemi ilə keçiriləcək. Belə olan halda heç bir böyük partiyanın (YDP və ya SİRİZA) təkbaşına hakimiyyətə gəlməsi ehtimalı yoxdur. Bu halda birinci və ikinci dərəcəli partiyalar üçüncü tərəf olması nəzərdə tutulan PASOK-la əməkdaşlıq etmək üçün bir-biri ilə yarışacaqlar.

Yunan mətbuatı bildirir ki, Androulakisin telefonunun dinlənildiyi üzə çıxdıqdan sonra çox ciddi bir bəhanə irəli sürülməsə və ya bu hadisə yaddan çıxmasa, PASOK liderinin telefonunu dinləyən YDP və Mitsotakis ilə əməkdaşlıq etmək şansı azdır.

Onu da əlavə edək ki, Yunanıstanda jurnalist Thanasis Koukakis və Panhellenik Sosialist Hərəkat Partiyasının (PASOK) lideri Nikos Androulakisin mobil telefonlarına casus proqramlar quraşdırılması və qeyri-qanuni dinlənilməsi ilə bağlı iddialar Yunanıstan Kəşfiyyat Xidmətinin (EYP) istefasına səbəb olub.

Yunanıstan Milli Kəşfiyyat Xidmətinin (EYP) rəhbəri Panagiotis Kontoleon istefa ərizəsini baş nazir Kiriakos Mitsotakisə təqdim edib.

Baş nazirliyə bağlı Panagiotis Kontoleonun istefasının qəbul edildiyi açıqlanarkən, PASOK lideri Nikos Androulakis bu açıqlamaları verib:

“Bu, məni şoka salan mövzudur, çünki mən əvvəlki nəsillərin Aİ ölkələrində yaşadığı vəziyyətləri şəxsən yaşayacağımı heç vaxt gözləmirdim. Təəssüf ki, hökumətin ümidsiz cəhdlər etdiyini görürəm. Mobil telefonumu robotlaşdırıb məni o qədər inkişaf etmiş proqram təminatı ilə tələyə salmağa cəhd edənlərin, hətta kamera və mikrofon söndürüldükdə belə, onu istənilən vaxt aça bilməyə çalışanların müəyyən məqsədi var idi. Mən ədalətdən, hökumətdən və hakimiyyətdən həqiqəti öyrənməyi gözləyirəm”.

Qeyd edək ki, son vaxtlar ABŞ-dan F-35 təyyarələri almaqla və Türkiyə, həmçinin Rəcəb Tayyib Ərdoğan barədə aqressiv açıqlamalar verməklə Mitsotakis reytinq qazanmışdı, amma telefon qalımaqalı onun reytinqini kəskin şəkildə azaldırb.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »