Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyadan dünyanı narahat edən nüvə həmləsi: Müqaviləni dayandırdı
Rusiyadan dünyanı narahat edən nüvə həmləsi: Müqaviləni dayandırdı

Rusiya nəzarət altında olan Yeni START çərçivəsində elementlərini müvəqqəti olaraq bağladığını açıqlayıb.

Bizimyol.info xəbər verir ki, nazirlikdən verilən yazılı açıqlamada Rusiya ilə ABŞ arasında imzalanan Yeni START razılaşması ilə bağlı vəziyyət dəyərləndirilib.

ABŞ-ın əlverişli şərtlər altında silahlara nəzarət fəaliyyətini yenidən başlatmağa çalışdığı və beləliklə də Rusiyanın ABŞ-da təftiş hüququndan məhrum edildiyi bildirilən açıqlamada deyilir ki, “Rusiya diplomatik kanallar vasitəsilə ABŞ-ı xəbərdar edib. Yeni START-ın əhatə dairəsinə daxil olan bütün elementlərini müvəqqəti olaraq yoxlama fəaliyyətlərindən geri götürüb”.

Açıqlamada qeyd olunub ki, müqavilə çərçivəsində audit fəaliyyətinin bərpası ilə bağlı mövcud problemlər həll olunarsa, qəbul edilən qərar ləğv ediləcək.

Xatırladaq ki, ABŞ-ın Sovet İttifaqı ilə 1991-ci ildə və Rusiya Federasiyası ilə 1993-cü ildə imzaladığı Strateji Silahların Azaldılması Sazişlərinin (START 1 və START 2) davamı olan “Yeni START” sazişi iki ölkə arasında qüvvədə olan son nüvə sazişidir. Müqavilə uzaqmənzilli nüvə başlıqları və raketlərə məhdudiyyətlər qoyur. 2011-ci il fevralın 5-də qüvvəyə minən 10 illik müqavilənin müddəti 2021-ci il fevralın 5-də başa çatıb.

Rusiya prezidenti Vladimir Putin 2021-ci il yanvarın 29-da müqavilənin 5 il müddətinə uzadılması barədə qərarı imzalayıb. ABŞ administrasiyası da 2021-ci il fevralın 5-də müqavilənin müddətini uzatmaq qərarını açıqlayıb.

Digər tərəfdən, ABŞ-dan Rusiyanı qəzəbləndirəcək daha bir addım atılıb. ABŞ dövlət katibi Entoni Blinken ABŞ ordusunun Ukraynaya çatdırılması üçün inventardan 1 milyard dollar dəyərində silah və sursat ayrıldığını açıqlayıb. Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada Blinken bildirib ki, “Ukraynaya edilən vəhşi hücumdan təxminən 6 ay keçməsinə baxmayaraq, Rusiya Ukraynanın şəhər və kəndlərini dağıtmağa davam edir. ABŞ prezidenti Co Bayden açıq şəkildə bildirdi ki, biz Ukrayna xalqını lazım olduğu müddətcə dəstəkləməyə davam edəcəyik və ölkəni Rusiya təcavüzündən müdafiə edəcəyik”.

Blinken bəyan edib ki, bu səylər çərçivəsində ABŞ prezidentinin səlahiyyəti ilə o, ABŞ ordusundan ən böyük silah və texnika yardımının dərhal Ukraynaya göndərilməsinə icazə verib.

Xarici işlər naziri açıqlamasında 2021-ci ilin avqustundan bu yana ABŞ-ın Ukraynaya 18 dəfə ümumilikdə 9,8 milyard dollarlıq silah və sursat verdiyini, son 1 milyard dollarlıq yardımın isə ən böyük birdəfəlik yardım paketi olacağını qeyd edib.

Bəyanatda Blinkenin aşağıdakı ifadələrinə yer verilib: “Birləşmiş Ştatlar 50-dən çox ölkədən olan müttəfiqləri və tərəfdaşları ilə birlikdə Rusiyanın təcavüzünə qarşı Ukraynanın suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək üçün həyati təhlükəsizlik yardımı göstərir. Bu müharibə nə qədər uzansa, Ukrayna ordusunun və xalqının cəsarəti və gücü bir o qədər aydın, qeyri-adi olur. Biz birlikdə Ukrayna ilə sıx məsləhətləşmələrə davam edəcəyik və döyüş meydanında dəyişiklik etmək və Ukraynanın danışıqlar masasında son mövqeyini gücləndirmək üçün diqqətlə tənzimlənmiş əlavə mövcud sistem və imkanları artıracağıq. Biz Ukrayna ilə birlikdəyik”.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »