Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çində heyvandan insana keçən yeni virus aşkarlanıb
Çində heyvandan insana keçən yeni virus aşkarlanıb

Çində heyvanlardan insanlara keçə bilən yeni Langya henipavirusu (Langya henipavirus, LayV) aşkar edilib. Hazırda 35 insanda yoluxma faktı qeydə alınıb.

Bizimyol.info xəbər verir ki,  bu barədə "Çində qızdırmalı xəstələrdə zoonotik genipavirus" adlı müvafiq araşdırmanı yayımlayan “New England Medicine” (NEJM) tibb jurnalı məlumat yayıb.

Elmi məqalədə Çinin Şandunq və Henan əyalətlərində aparılan araşdırmalar zamanı kəskin Langya infeksiyası olan 35 xəstənin müəyyən edildiyi və onlardan 26-nın başqa patogenlər olmadan tək Langya virusuna yoluxduğu bildirilir.

26 xəstədə qızdırma (100%), yorğunluq (54%), öskürək (50%), iştahsızlıq (50%), əzələ ağrısı (46%), ürəkbulanma (38%), baş ağrısı (35%) və qusma (35%)  kimi əlamətlər müşahidə olunub.

Onların əksəriyyətində qanda leykositlərin səviyyəsi, 35% -də isə, trombositlərin səviyyəsi azalıb. Digər 35% -də qaraciyər çatışmazlığı və 8% -də böyrək çatışmazlığı müşahidə edilib.

Elm adamları hələ  virusun insandan insana keçib-keçmədiyini öyrənə bilməyiblər.

Xatırladaq ki, ABŞ və Avropa yeni virus - meymun çiçəyi ilə mübarizə aparır.

Belə ki, artıq  İspaniyada  iyulun sonunda meymun çiçəyi xəstəliyindən ilk ölüm qeydə alınıb.

Bu faktın xəstəlikdən Avropada ilk ölüm və mövcud epidemiya zamanı Afrikadan kənarda ikinci ölüm olduğu güman edilir.

İspaniyada 4298 meymuna yoluxma faktı təsdiqlənib, 120 nəfər xəstəxanaya yerləşdirilib.

Çində yeni koronavirus epidemiyası yenidən qeydə alınıb.

Ölkədə karantin məhdudiyyətləri gücləndirilib və bəzi əyalətlərdə karantin rejimi tətbiq olunub.

Karantin rejiminin tətbiq edilməsi,  Çinin iqtisadi göstəricilərinə mənfi təsir göstərir.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »