Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ polisi Trampın mülkünə basqın edib, seyfini sındırıb
ABŞ polisi Trampın mülkünə basqın edib, seyfini sındırıb

Ötən gün keçmiş ABŞ prezidenti Donald Tramp Federal Təhqiqat Bürosu agentlərinin onun Florida ştatının Palm-Biçdəki Mar-a-Laqo mülkünə basqın etdiyini və seyfini sındırdığını bildirib.

Bizimyol.info “Reuters”-ə istinadla xəbər verir ki,  hüquq-mühafizə orqanları Trampın iddialarına şərh verməyib. Məlumata görə, axtarış ABŞ Ədliyyə Departamentinin Trampın rəsmi prezident sənədlərinin Floridaya daşınması ilə bağlı araşdırması ilə bağlı ola bilər. Və bu axtarış Trampa qarşı aparılan araşdırmalardan birinin əhəmiyyətli dərəcədə genişlənməsinə səbəb ola bilər.

Axtarış zamanı Tramp Mar-a-Laqoda olmayıb.

Xatırladaq ki, ABŞ Milli Arxivlər və Qeydlər İdarəsi fevral ayında Konqresə Trampın Floridadakı evindən təxminən 15 qutu Ağ Ev sənədi tapdığını, bəzilərində məxfi materialların olduğunu bildirmişdi.

Həmin vaxt ABŞ Nümayəndələr Palatasının Nəzarət Komitəsi Trampın hərəkətləri ilə bağlı təhqiqatı genişləndirdiyini bildirib və Arxivdən əlavə məlumatların təhvil verilməsini istəmişdi.

Hələ mart ayında təqdim edilən ərizədə komitə bildirib ki, Tramp və başqaları ABŞ-ı aldatmaq üçün əlbir olublar.

Qeyd edək ki, bu, yəni iki və ya daha çox şəxsin hökumət funksiyalarına “saxtakarlıqla” müdaxilə etmək cəhdi qanunla cinayət hesab edilir.

Xatırladaq ki, komitə Trampı federal cinayətlərdə ittiham edə bilməz. Bu qərarı baş prokuror Merrik Qarlandın rəhbərlik etdiyi Ədliyyə Departamenti verməlidir.

Demokratlar iyunun 6-da komitədə keçirilən dinləmələr zamanı bildirib ki,  respublikaçı Tramp seçkidə qalib gəldiyinə dair keçirilən məhkəmədə saxta iddiaları irəli sürmək üçün tərəfdarlarından təxminən 250 milyon dollar toplayıb. Və pulun çox hissəsini başqa yerə xərcləyib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »