Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb
ABŞ Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb

ABŞ Müdafiə Nazirliyi Ukraynaya yeni 1 milyard dollar dəyərində hərbi yardım paketini açıqlayıb.

APA xəbər verir ki, yeni silah paketinə yüksək hərəkətli artilleriya raket sistemləri (HIMARS) üçün daha çox döyüş sursatı, 155 mm-lik artilleriya üçün 75 000 mərmi, Milli qabaqcıl yer-hava raket sistemləri (NASAMS) üçün döyüş sursatları, həmçinin 1000 ədəd “Javelin” tank əleyhinə sistem və yüzlərlə “AT4” zenit-raket qurğusu daxildir.

Pentaqonun məlumatına görə, bugünkü paket də daxil olmaqla, ABŞ prezidenti Co Bayden 2021-ci ilin yanvarında prezident seçildikdən sonra ABŞ Ukraynaya 9,8 milyard dollar dəyərində hərbi texnika göndərib.

Son xəbərlər
Bütün xəbərlər »