Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tarixin ən pis ili: Bu ildə hansı dəhşətlər yaşanıb...
Tarixin ən pis ili: Bu ildə hansı dəhşətlər yaşanıb...

Bəşəriyyət tarix boyu bir çox fəlakətlərlə üzləşib. Lakin “Hansı il ən pisdir?” sualına cavab olaraq alimlər 536-cı ili qeyd edirlər. Bəs 536-cı ildə nə baş verib?

Bizimyol.info xəbər verir ki, Harvard Universitetindən orta əsr tarixçisi və arxeoloqu Maykl Makkormik apardığı araşdırmalar nəticəsində 536-cı ilin tarixin ən pis ili olduğunu iddia edib. Onun araşdırmasına baxdığımızda bu iddiasında heç də yanılmır.

Araşdırmalara görə, 536-cı ildə dünya 18 ay qaranlığa qərq olub. Belə ki, vulkan püskürmələri nəticəsində küllər səmaya qalxmış, səmanı bürümüş və günəş işığının dünyaya gəlməsinin qarşısını almışdı.

Günəş işığı gələ bilmədiyi üçün dünyada istehsal dayanmışdı. Məhsul yetişmədi, buna görə insanlar aclıq yaşamağa başladılar.

Asiyadan Aralıq dənizinə və Mərkəzi Amerikaya qədər geniş bir coğrafiya bu hadisədən təsirləndi.

Ancaq bunlar yalnız başlanğıc idi. İrlandiyada rəsmi sənədlərə görə, "536 və 539-cu illər arasında heç bir yemək tapılmırdı".

Dövrün digər tədqiqatlarına və tarixçilərinə nəzər salsaq, 536-550-ci illər arasında havanın kifayət qədər soyuq olduğu görünür. 536-cı ilin yayında temperatur 1,5-2,5 dərəcə arasında dəyişib və bununla da son 2300 ilin ən soyuq 10 ili başlayıb. Vəziyyət o qədər pis idi ki, yay günlərində Çinə qar yağırmış...

541-ci ildə Misirin Nil deltasındakı Pelusium limanının şərqində vəba yayılmağa başladı. Vəba qısa müddətdə Bizans və Avropa şəhərlərinə təsir etdi. 536-cı ildə aclıq və qeyri-sağlam qidalanma ilə yanaşı, bu xəstəlik böyük insan itkilərinə səbəb oldu. Bu rəqəm təxminən 100 milyona çatmışdı.

Bu hadisələr 100 il  Avropa torpaqlarına təsir edib. Nəticədə ticarət aparıla bilməyib, yemək tapılmayıb.

Dediyimiz kimi, bu vəziyyətdən Avropa ölkələri çox pis təsirlənsə də, ən çox Şərqi Roma, yəni Bizans İmperiyası təsirlənib. Bu hadisə onun zəifləməsinə və məhvinə səbəb olacaq hadisələrin başlanğıcı idi. Belə ki, tədricən onun ərazisi azaldı, iqtisadi cəhətdən gerilədi və nəhayət, 1453-cü ildə məhv edildi.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »